Zahid Oruc: "Ermənilərin kütləvi köçü hakimiyyətə qayıtmağa çalışan keçmiş prezidentlərin siyasi planıdır"
02-10-2023 [12:24]
"20 sentyabr 44 günlük İkinci Qarabağ müharibəsinin davamıdır və “Bütövlük Günü” kimi qeyd oluna bilər".
Mia.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin rəhbəri Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə 19-20 sentyabrda həyata keçirilən antiterror tədbirləri xalqımıza hərbi zəfər, 4 min kvadrat kilometr ərazidə konstitusion bütövlük qazandırıb:
"Nəinki Xankəndi və Xocalıda 10 minlik hərbi birləşmələrin, 100 il bundan əvvəl Azərbaycanın inzibati-idarəetmə quruluşuna mina kimi basdırılan muxtar vilayət, 90-cı ildən yaradılan hibrid birləşmənin varlığına son qoyuldu, 1804 cü ildən bu yana Qarabağın kimə məxsusluğu ətrafında gedən savaşın da qalibini müəyyən etdi. Ona görə də 1 günlük döyüşlər - 20 sentyabr tarixi Vətən müharibəsinin davamıdır, onu tamamlayaraq 45 günlük müharibə kimi simvollaşa, Azərbaycanın siyasi təqviminə qızıl hərflərlə yazıla bilər. “Əsrin neft müqaviləsi”, “Əsrin qələbəsi”nə çevrildi və daşıdığı ümumxalq əhəmiyyətinə görə milli bayramdır. Təklif edirik ki, on illərlə sıyqırımı, kütləvi insan və torpaq itkiləri yaşayan bir xalqın 8 noyabrda qazandığı Zəfərin davamı olaraq, 20 sentyabrı “Bütövlük günü” kimi qeyd edək və onu rəsmiləşdirək, əbədiləşdirək. Ümidvarıq ki, parlamentin ölkə rəhbərinə müraciəti yüksək qiymətləndirilər, çünki hər bir azərbaycanılının, bütövlükdə xalqımızın iradəsini əks etdirir. Biz indi millətimizin tarixində yeni qalibiyyət təqvimini yaratmağa borcluyuq.
Doğrudur, qələbimizə hücum edənlər onu region dövlətlərilə geosiyasi razılaşmalar, yaxud Ermənistanın son 100 ildə öz tarixi müttəfiqinə qarşı düşmən kəsilməsindən ölkəmizin peşəkarlıqla istifadə etməklə qazanıldığını yazırlar. Belə iddiaçılar unudur ki, hər bir siyasi lider təkcə hərbi meydanda deyil, ilk növbədə, dövlətlərası münasibətlər sistemində tərəfdarlar qazanmaqla, neytralları dost, düşmənləri loyal etməklə müharibə qərarını verir. Amerika kimi güclü bir dövlət Əfqanıstanın üzərinə 49 ölkənin koalisiyası, 168 minlik beynəlmiləl ordu ilə getmişdi. İndi Azərbaycan dövləti Qarabağda 30 illik hərbi cinayət törədənlər, millətimizə sonsuz bəlalar yaşadanlar üzərində Haaqa tribunalını təşkil edir. Vardanyan, Babayan, Mnatsakanyan və 300 qədər şəxsi ədalət mühakiməsi gözləyir. Ddüzdür, “etnik təmizləmə” ittihamı ilə, birgəyaşayışa zərbə vurmaq, ölkəmizə qarşı beynəlxalq sanksiyalara nail olmaq, kütləvi köç edən ermənilərin sayını süni artırmaqla humanitar yardım və təzminat qazanmaq, birlikdə yaşamın mümkünsüzlüyünə dünyanı inandırmaq, bölgəyə beynəlxalq missiyaları gətirmək və nəhayət, Kosovoda olduğu kimi “xilas üçün ayrılma” modelini işə salmaq Ermənistanın son planıdır. Əfqanıstanda, Suriyada, Liviyada qaçqınların acılarını işıqlandırmayan Qərb mediası hər gün dünya miqyasında Qarabağ ermənilərinin xeyrinə kampaniya aparır. Halbuki ermənilərin kütləvi köçü Ermənistanda hakimiyyətə qayıtmağa çalışan keçmiş prezidentlərin siyasi planıdır, özünü ləğv edən Qarabağ rəhbərliyinin birbaşa göstərişidir. Qarşıda bizi Qələbəmizi müdafiə etmək üçün şərəfli və uzunvədəli mübarizə gözləyir. Lakin inanırıq ki, işğalı aradan qaldıran millət bu vəzifənin də öhdəsindən gələcəkdir".
Samir Musayev
MİA.AZ
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda