Ermənilər Avropa ölkələrində azərbaycanlı diplomatlara hücum planı hazırlayır: "Təhlükə böyükdür"
01-10-2023 [09:08]
Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı Vaqif Sadıqov Belçikada məskunlaşan “ekstremist erməni diasporu təşkilatlarının” paytaxt Brüsseldəki Azərbaycan səfirliyi qarşısında zorakılığa əl atacağını açıqlayıb.
Mia.az xəbər verir ki, bu barədə diplomat sosial mediqa səhifəsində paylaşma edib: “Oktyabrın 1-i saat 14:00-da Belçikada fəaliyyət göstərən ekstremist erməni diasporu təşkilatları Fransadan gələn analoji radikallarla Brüsselin Robert Şuman qovşağında mitinq təşkil edəcəklər. Mövcud insayder məlumatlarına görə, mitinqdən sonra ekstremist dəstələr Tervüren prospekti, 282 ünvanında yerləşən Azərbaycan səfirliyinə qarşı zorakılıq tətbiq etməyi planlaşdırırlar. Səfirlik bu barədə Belçika Xarici İşlər Nazirliyi və Brüssel polisini bilgiləndirib. Erməni mənbələrinin məlumatına görə, bir neçə belçikalı siyasətçi də dəvətlidir. Bu təxribat radikal erməni diaspor qrupları tərəfindən sentyabrın 29-da Beyrutda və sentyabrın 30-da Los-Ancelesdə Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı son analoji zorakılıq hərəkətləri ardınca baş verəcək.
Belçikada məskunlaşan və ev sahibi millətin qonaqpərvərliyindən və bu ölkədə yaşadıqları azadlıqlardan sui-istifadə edən radikal erməni qruplaşmalarının üzvləri Belçikada daim Azərbaycanı hədəfə alıblar. 2021-ci ildə səfirliyə qarşı zorakı hücumda iki Azərbaycan vətəndaşı yaralanıb.
Səfirliyə və onun diplomatlarına qarşı sabaha planlaşdırılan zorakı hərəkətlər oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçiriləcək yüksəksəviyyəli mühüm görüş ərəfəsində Ermənistan və Azərbaycan arasında yenicə inkişaf edən sülh prosesinə və Aİ ilə ABŞ-nin yorulmaz səylərinə qarşı yönəlib. Bu oyunun yeni elementi ondan ibarətdir ki, Belçikada yerləşən radikal erməni qruplarının hərəkətləri həm də “milli maraqlara xəyanətdə” günahlandırılan Ermənistan hökumətinə qarşı yönəlib. Ən şokasalan isə odur ki, Brüsseldəki erməni diplomatlar daşnaklarla və nümayəndələrinin Ermənistana getməsinə belə icazə verilməyən digər radikal müxalifət qrupları ilə operativ əlaqə saxlamaqla həmfikirdirlər.
Təhlükə böyükdür. Brüssel polisinin xarici diplomatik missiyanı qorumasını gözləyirik. Sağlam düşüncənin qalib gələcəyinə ümidliyəm”.
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda