Şərqşünas alimin “1948-1953-cü illərdə azərbaycanlıların tarixi torpaqları olan Ermənistandan deportasiyası” adlı məqaləsi Təbrizdə nəşr olunub - FOTOLAR
30-09-2023 [12:00]
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının “1948-1953-cü illərdə azərbaycanlıların tarixi torpaqları olan Ermənistandan deportasiyası” adlı məqaləsi Təbrizdə “Aydın gələcək” jurnalında dərc olunub.
Mia.az xəbər verir ki, məqalədə azərbaycanlıların 1948-1953-cü illərdə tarixi və əzəli torpaqlarından zorla köçürülməsi tarixi faktlara, sənədlərə, arxiv materiallarına, fotolara, maddi-mənəvi və tarixi abidələrə, elmi ədəbiyyata və qəbul edilmiş qərarlara istinad edilərək elmi cəhətdən sübut edilir.
Müəllif məqalədə qeyd edir ki, Sovet hakimiyyəti dövründə azərbaycanlıların Ermənistandan köçü planlı və düşünülmüş şəkildə davam etdirilmişdir. Belə ki, bu proses xüsusilə İkinci Dünya müharibəsindən sonra güclənmiş və SSRİ-nin süqutuna qədər daimi tendensiya davamlı olaraq həyata keçirilmişdir. 1943-cü il Tehran konfransı zamanı Sovet-İran münasibətləri müzakirə edilərkən, erməni diasporunun SSRİ xarici işlər naziri V.Molotovdan İranda yaşayan ermənilərin SSRİ-yə köçürülməsini xahiş etdiyini yazan müəllif, Molotovun Tehranda məsələni SSRİ KP MK-nın sədri İ.Stalinə çatdığını, ermənilərin köçürülməsinə razılıq verildiyini, Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Q.Arutyunovun bundan istifadə edərək xaricdəki ermənilərin Ermənistana köçü bəhanəsi ilə azərbaycanlıların Ermənistandan zorla çıxarılması barədə qərar verilməsinə nail olduğunu bildirir.
Bundan başqa, məqalədə Azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi barədə SSRİ Nazirlər Sovetinin qərarları əksini tapıb. Azərbaycanlıların tarixi və əzəli torpaqlarından deporatsiya edilməsi başa çatdırıldıqdan sonra orada yaşayan azərbaycanlı əhalinin azalmasını bəhanə edərək, rayon və respublika miqyasında müəyyən vəzifələr tutan azərbaycanlı kadrların ermənilərlə əvəz edilməsinə başlanılması məsələləri qeyd olunur.
Dosent S.Talıblı məqalədə yazır ki, “1997-ci il dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” imzaladığı Fərmanla azərbaycanlıların tarixi və dədə-baba yurdları olan Ermənistandan 1948-1953-cü illərdəki deportasiyasına ilk dəfə hüquqi-siyasi qiymət verilib. Fərmanda bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, Azərbaycan SSRİ rəhbərliyinin öz xalqının taleyinə biganəliyi, vətəndaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı qeyd olunur”.
Şərqşünas alim bildirir ki, azərbaycanlıların bu faciəsi hüquqi cəhətdən 1948-ci ildə BMT-nin İnsan Hüquqları Komissiyasının qəbul etdiyi qərarın II maddəsinə uyğun olaraq soyqırımı və etnik təmizləmə kimi qiymətləndirilməli, dünya ictimaiyyətinə, beynəlxalq və regional təşkilatlarına çatdırlmalı, dünyanın aparıcı KİV-lərində məqalələr yazılmalı, xarici ölkələrdə konfrans, seminarlar təşkil edilməldir.
MİA.AZ
BMT Baş katibindən ABŞ-ın Venesuelanı mühasirəyə almasına - Reaksiya
İsrail tarixinin ən böyük qaz anlaşmasını müsəlman ölkəsiylə imzaladı: 35 milyard dollarlıq - Netanyahu növbəti sürpriz vəd edir
"Limitsiz azadlıq heyvanlara məxsus bir keyfiyyətdir" - Aparıcıların efirə seksual geyimlə çıxmalarına etiraz böyüyür (FOTOLAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsinin meyiti tapıldı
Qərbi Kaspi Universitetinin dövlətə borcu 5 dəfə artıb
Putin generallarla görüşdə niyyətini açıqladı: "Rusiya tarixi ərazilərinin hərbi yolla azad edəcək"
Rövşən Nəcəf Qətərə yollanıb
Sahibə Qafarova Aİ rəsmisi ilə nəyi müzakirə edib? - Görüş + FOTO
Kənan Yıldız "Yuventus"dan ayrılır? - İki klub danışıqlara başlayıb
Türkiyə futbolunda daha bir yenilik - Transfer müddəti dəyişib
BMT: "Qəzzaya təcili humanitar yardım çatdırılmalıdır"
Gəncədə məktəbli qayçı ilə şagird yoldaşına xəsarət yetirib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha bir AXCP funksioneri saxlanılıb?
Əli Əsədov ikili diplom proqramı barədə sərəncam imzalayıb - CƏDVƏL
Sabiq nazirin qızı üzr istədi - Açıqlama
"Açıq ürək əməliyyatı olmalıyam, sabaha ümidim yoxdur, buraxacaqsınızsa..." - Sabiq məmur məhkəmədə
"MTV" kanalına ciddi xəbərdarlıq olunub
Qətərin Baş prokuroru Azərbaycana səfərə dəvət olunub
Rəsmi Tehran ABŞ-a çağırış etdi: "Əgər bizə zərbə olsa, o zaman..."
"Nə qədər yaramaz və şərəfsiz olasan ki..." - Musa Musayev yazır
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyət müddəti bitib - XİN-də görüş olub
MEDİA-nın Müşahidə Şurası iclası keçirib - FOTO
Polis əməliyyatı: 3 nəfər 47 kq narkotiklə tutulub
ABŞ-Venesuela müharibəyə addım-addım yaxınlaşır - Tramp qərar verdi, Karakas və BMT-dən xəbərdarlıq gecikmədi
BOKT-un vəzifəli şəxsləri cərimələnib
QƏBULA HARAM QATANLAR KİMLƏR OLUB? - DİM buraxılış və yaz qəbul imtahanlarında dələduzluq edənlər barədə elə faktları açıqladı ki...
Prezident İlham Əliyev BƏƏ-də - FOTOLAR (Yneilənib)
Sabah hava necə olacaq? - Proqnoz
Zakir Həsənov generalı Levent Ergünü qəbul edib - Açıqlama
DÇ-2026: FIFA oyunlara 60 dollarlıq biletləri satışa çıxardı
Maliyyə Nazirliyi ofis icarəyə götürəcək - 1.2 milyona
Tramp daha 5 ölkəyə səyahət qadağası qoydu - Səbəb + SİYAHI
Axtarışda olan Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb
Naxçıvanlılar Biləsuvar gömrük postundan niyə buraxılmır? - VİDEO