Ərdoğanın oğlu Bakıda - FOTOLAR
28-09-2023 [11:49]
Türkiyə prezidenti Ərdoğanın oğlu Bilal Ərdoğan Azərbaycana gəlib.
Mia.az Türkiyənin Azərbaycandakı səfirliyinə istinadla xəbər verir ki, Elm Yayma Vəqfi və Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyini və Azərbaycan İlahiyyat İnstitutunu ziyarət edib.
Qonaq əvvəlcə Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyində olub. Liseyin konfrans zalında 27 sentyabr - Anım Günü ilə əlaqədar tədbir təşkil edilib və fəxri qonaqla görüş keçirilib. Tədbirdə Azərbaycanın azadlığı uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni və Türkiyənin İstiqlal marşı səsləndirilib.
Daha sonra 27 sentyabr - Anım Günü münasibəti ilə vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərin ruhuna Türkiyə Diyanət İşləri Başqanlığı Müshəf Tədqiqləri və Qiraət Şurasının üzvü Fatih Okumuş tərəfindən Qurani-Kərimdən ayələr tilavət edilib.
Tədbirdə çıxış edən Türkiyə Səfirliyinin Dini İşlər üzrə Müşaviri İhsan Açık tədbirin təşkili üçün məktəb kollektivinə təşəkkür edib və qonağa öz dəyərli vaxtını ayırıb şagirdlərlə görüşə gəldiyi üçün öz minnətdarlığını bildirib.
Daha sonra Bilal Ərdoğan ona ünvanlanan sualları cavablandırıb. Qonaq ilk oxuduğu kitab, məktəb və ilk müəllimləri haqqında ünvanlanan sualları cavablandıraraq şagirdlər tərəfindan maraqla dinlənilib. O, eyni zamanda övladının Quran hafizin olmasından və hafizliyin dəyərindən danışıb. Təhsilin insan həyatındakı önəminə diqqət çəkən Bilal Ərdoğan modern dünyanın ən böyük silahının güclü təhsil olduğunu qeyd edib. Ən çox sevdiyi idman sahəsi hansıdır sualına isə qonaq, oxçuluq olduğunu qeyd edib və oxçuluğun tarixindən danışıb. O eyni zamanda milli kimliyin əhəmiyyətindən də bəhs edib.
Tədbirdə şagirdlərin ifasında şəhidlərə həsr edilmiş şeirlər dinlənilib.
Tədbirin sonunda məktəb rəhbərliyinə qonaqlar tərəfindən xatirə hədiyyələri təqdim edilib və xatirə şəkilləri çəkilib.
Daha sonra Bilal Ərdoğan Azərbaycan İlahiyyat İnstitutunu ziyarət edib. İnstitutun rektoru Aqil Şirinov tərəfindən qaşılanan qonağa universitetin fəaliyyəti, tələbələrə yaradılan imkanlar haqqında geniş məlumat verilib. Daha sonra İnstitutun konfrans zalında tələbə və akademik müəllim heyəti ilə görüş keçirilib.
Tədbirin açılış qismində 27 Sentyabr Şəhidlərimizin Anım günü münasibəti ilə vətənimizin azadlığı uğrunda əziz canlarından keçən şəhidlərimizin ruhuna Türkiyə Cümhuriyyəti Diyanət İşləri Başqanlığı Müshəf Tədqiqləri və Qiraət şurasının üzvü Fatih Okumuş tərəfindən Qurani-Kərimdən ayələr tilavət edilib.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov çıxış edərək dəyərli qonağı salamlayıb, 27 Sentyabr Anım gününün əhəmiyyətindən bəhs edib, vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizə rəhmət diləyib.
O, eyni zamanda qonaqlara İnstitutunun uğurlu fəaliyyətindən bəhs edib və iki dövlət arasındakı əlaqələrin inkişafına hər zaman töhfə verəcəklərini qeyd edib.
Tədbirdə çıxış edən Türkiyə Səfirliyinin Dini İşlər üzrə Müşaviri İhsan Açık tədbirin təşkili üçün İnistitut kollektivinə öz təşəkkürünü bildirib. O, içərisində olduğumuz günlərin əhəmiyyətindən bəhs edib. Şəhidlərin unudulmaması üçün dəyərli liderlərə ehtiyac olduğunu vurğulayıb və qonağa öz dəyərli vaxtını ayırıb tələbələrlə görüşə gəldiyi üçün öz təşəkkürünü bildirib.
Daha sonra Bilal Ərdoğan ona ünvanlanan sualları cavablandırıb. Bilal Erdoğan özünün uşaqlıq və dünyanın ən nüfuzlu universitetlərindəki tələbəlik illərindən danışaraq tələbələrlə öz təcrübəsini paylaşıb. O, eyni zamanda tələbələrə öz sahələrində yaxşı mütəsəssiz olmalarını və çox çalışmalarını tövsiyyə edib. Elmin son dövrlər avropadan şərqə doğru inteqrasiya etdiyini vurğulayan natiq Aziz Sancarların, Səlcuk Bayraktarların bu həqiqətin ən bariz numunəsi olduğunu qeyd edib.
Tədbirin sonunda İnstitut rəhbərliyinə və qonaqlara qarşılıqlı xatirə hədiyyələri təqdim edilib və xatirə şəkilləri çəkilib.
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
Səfirin diplomu ilə bağlı qalmaqal - Diplomat saxlanıldı və...
BU MƏHKƏMƏLƏRƏ SƏDR VƏ HAKİMLƏR TƏYİN EDİLDİ - Sərəncam + SİYAHI
Azərbaycan vətəndaşı Qazaxıstanda həbs edilib
Prezident "Daxili qoşunlar haqqında" qanunu təsdiqləyib
Həbs olunan aparıcının bacısı danışdı: "Arxasındayıq, ona güvənirik"
Jurnalist Barış Terkoğlu saxlanılıb
Rəsmi Moskva: "ABŞ-dan göndərilən sülh planını təhlil edirik"
Karen Avanesyana hökm oxunub
Ağdam şəhərinə 308 nəfər köçürülüb (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Gələn il kommunal xidmətlər qalxacaq? - Açıqlama
Dekabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Səidə Bəkirqızı "Space TV" ilə yollarını ayırıb
"Xətaidə ağaclar gecə saatlarında yandırılaraq yox edilir" - Deputat sakinlərin problemlərini dinlədi və....
"Fənərbağça" prezidenti sərbəst buraxıldı - 2 saatlıq ifadə və 20 dəqiqəlik məhkəmə qərarı ilə
"Fənərbağça", "Beşiktaş" və "Antalyaspor" cəzalandırılacaq
"Yeni Malatyaspor" mövsüm bitmədən liqadan "yuvarlandı"
Oqtay Əsədovun qızı vəfat edib
Silah alveri edən cinayətkar dəstənin üzvləri tutulub
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
PREZİDENT DÖVLƏT PROQRAMINI TƏSDİQLƏDİ - 5 illik
Bakıda beşmərtəbəli yataqxanada yanğın olub (Yenilənib)
Bibiheybət yolunda maşınların hərəkəti məhdudlaşdırılacaq - Açıqlama
"Balaca Heydərin iki oğlu var" - Prezident İlham Əliyev (VİDEO)
Mərkəzi Bank: "Poblemli kreditlər artıb"
Bakıda yağış, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
İsrail Livanın cənubuna bir maşıənı vurub
Eyyubov qardaşlarının dəbdəbəli biznesi – FOTO
Ankarada qəzaya uğrayan təyyarənin pilotunun son sözü nə olub? - Detallar açıqlanır
Ali Məhkəmənin Plenumunun növbəti iclası: nələr müzakirə olunub?
Siyəzəndə avtomobil yanıb, iki uşaq ölüb
Mehriban Əliyevadan təyyarə qəzasıyla bağlı paylaşım - FOTO
Yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır - Yeni sədrin imzasıyla
Afrika Millətlər Kuboku: hansı komandalar qalib gəlib?
Ankarada FETÖ üzvləri tutulub
İstanbulda əməliyyat: terrora hazırlaşan 115 İŞİD üzvü saxlanılıb