"Real Madrid"də futbolçular niyə tez-tez zədələnirlər? - Maraqlı iddia yayılıb

img

27-09-2023 [14:05]


Arda Gülərin "​​Real Madrid"də məşqdə yenidən zədələnməsindən sonra İspaniya mediası ilginc iddialar yazmağa başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, komandadadkı zədələrdən sonra gözlər klubun fiziki təlim üzrə məşqçisi Antonio Pintusa çevrilib.

İspaniya mətbuatı yazır ki, onun  məşqlərdə futbolçuları həddən artıq yükləməsi daxildə "patlaq" verir: "Mövsümün əvvəlində qapıçı Kurtua və müdafiəçi Militaonun da diz bağları qopdu, Arda Gülər isə onun ağır təliminə görə iki ayda iki dəfə zədə aldı. Bundan başqa, Vinisius və Karvaxal da əzələ zədələri alıblar. Artıq futbolçuların Antonio Pintusun ağır məşq və yükləmələrinin öhdəsindən gələ bilmədikləriuni və buna görə də zədələrinin yarandığı yüksək səslə danışılmağa başlayıblar".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR