"Qızlara ağ yaraşır” Qran-pri mükafatı qazandı - VİDEO
26-09-2023 [16:27]
Azercell və Azərbaycan Jüdo Federasiyasının sosial kampaniyası “Ad Black Sea” beynəlxalq festivalında qalib olub.
Mia.az xəbər veirr ki, Azercell və Azərbaycan Cüdo Federasiyasının birgə tərəfdaşlığı ilə həyata keçirilən “Qızlara ağ yaraşır” kampaniyası “Ad Black Sea” festivalının Qran-pri mükafatına layiq görülüb.
Layihə bu ilin Qran-prisi ilə yanaşı, həm də “Dayanıqlı PR kampaniyaları” kateqoriyasında qızıl, bir neçə digər nominasiyada isə gümüş və bürünc mükafatlar qazanıb.
“Qızlara ağ yaraşır” kampaniyasının yaradıcı tərəfdaşı “Endorphin” reklam agentliyi isə festivalın “ən yaxşı agentliyi” mükafatına layiq görülüb.
10 ölkədən 301 iştirakçının 13 kateqoriya üzrə yarışdığı festivalda “Qızlara ağ yaraşır” toplam 13 kateqoriyanın 6-sı üzrə laureat olub:
1. Festivalın 2023-cü il üçün Qran Pri mükafatı
2. “Dayanıqlı PR kampaniyası” nominasiyasında – qızıl mükafat
3. “Korporativ məqsədlər və sosial məsuliyyət” nominasiyasında – gümüş mükafat
4. “Dayanıqlı inşkişaf məqsədləri çərçivəsində əhali” nominasiyasında – gümüş mükafat
5. “İnteqrasiya olunmuş reklam kampaniyası” nominasiyasında – bürünc mükafat
6. “Televiziya və Film” nominasiyasında – bürünc mükafat
“Azercell Telecom” MMC-in prezidenti Zərinə Zeynalova bildirib ki, “Qızlara ağ yaraşır” sosial kampaniyası sadəcə idmana aid proqram deyil.
”Bu layihə “Azercell”-in Azərbaycanda qızların idmanda, təhsildə və həyatda uğur qazana bilmələri üçün daha da parlaq gələcəyin yaradılmasına sərmayədir. Çünki bizim qızlar gələcəyin liderləri və rol modelləridirlər. Azərbaycanın gələcəyinə hədəflənmiş layihənin beynəlxalq səviyyədə tanınması və Qran-priyə layiq görülməsi bizi sevindirir və yeni-yeni layihələrə ilhamlandırır”,- deyə Z. Zeynalova vurğulayıb.
“Bu cür əhəmiyyətli bir yaradıcılıq festivalında artıq bir Azərbaycan qurumu, sponsor tərəfdaş və eləcə də reklam tərəfdaşı agentliyi ilk dəfə festivalın əsas Qran-pri mükafatına, “Dayanıqlı PR kampaniyaları” kateqoriyasında qızıl mükafata və çoxsaylı gümüş və bürünc mükafatlara layiq görülüb və sosial yönümlü problemlərin həllində dövlət-özəl tərəfdaşlığının bariz nümunəsini yaradıb. Bu bizi çox qürurlandırır, həmçinin gələcək nailiyyətlərə motivasiya edir.” – deyə Federasiyanın Baş katibi Rəşad Rəsullu bildirib.
“Azercell Telekom” MMC-in Azərbaycan Cüdo Federasiyasının tərəfdaşlığı ilə həyata keçirdiyi “Qızlara ağ yaraşır” sosial kampaniyası qızları inkişaf və idmana təşviq etmək məqsədi daşıyır. Kampaniya eyni zamanda erkən nikah mövzusuna da toxunur.
“Qızlara ağ yaraşır” çərçivəsində Azərbaycan Cüdo Federasiyası məktəbləri və bölmələri olan bölgələrdə qeydiyyatdan keçən 7-14 yaşlı ilk 1000 qıza cüdoqi hədiyyə olunub.
“Qızlara ağ yaraşır” yerli mediada da maraq doğuran və trendə düşmüş kampaniyalardan biridir:
Layihə haqqında ətraflı məlumat əldə etmək, həmçinin qızları cüdoya yazdırmaq üçün:
“Ad Black Sea” 2015-ci ildən Gürcüstanda keçirilən festivaldır. 14-16 sentyabr 2023-cü il tarixlərində Gürcüstanın Batumi şəhərində keçirilən bu festivalda sənayenin aparıcı simaları kreativ ideyalar paylaşıb, reklam və marketinq trendlərini müzakirə ediblər. Builki festivalda Gürcüstan, Azərbaycan, Ukrayna, Ermənistan, Bolqarıstan, Macarıstan, Rumıniya, Qazaxıstan, Özbəkistan və Baltikyanı ölkələr olmaqla 10 ölkə iştirak edib. 301 iştirakçı 13 kateqoriya üzrə Almaniya, Peru, Sinqapur, Braziliya, Bolqarıstan, Polşa, Gürcüstan, Türkiyədən olan jüri üzvlərinin iştirak etdiyi səsvermə prosesində güclərini sınayıb.
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb