"Beşiktaş" geriyə düşdüyü oyunda qalib gəlib

img

24-09-2023 [22:14]


"Beşiktaş" Trendyol Superliqasının 6-cı həftəsində "Mondihome Kayserispor"la qarşılaşıb.

Mia.az xəbər verir ki, bu mövsüm liqada ilk məğlubiyyətini keçən həftə “Trabzonspor”dan alan "Beşiktaş" 47-ci dəqiqədə "Kayserispor"un futbolçusu Karlos Manenin qolu ilə geriyə düşsə də, özünü tez toparlaya bilib.

56-cı dəqiqədə Vinsent Aboubakar hesaba tarazılıq gətirib.

62-ci dəqiqədə isə Aleks-Oksleyd Çemberlen "Beşiktaş"ın qələbə qoluna imza atıb - 2:1.

Oyun bu hesabla başa çatıb.

Bununla da "Beşiktaş" xallarını 10-a yüksəldib. Bu mövsüm Super Liqada ilk dəfə məğlub olan "Kayserispor" 9 xalla qalıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR