Əli Əsədov nazir, komitə və Agentlik sədrlərini topladı: büdcə ilə bağlı müzakirə aparıldı
23-09-2023 [16:23]
Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, həmçinin Azərbaycanın 2024-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunmuş Nazirlər Kabinetinin geniş iclası keçirilib.
Mia.az Nazirlər Kabinetinə istinadla xəbər verir ki, iclası giriş sözü ilə açan Baş nazir Ə.Əsədov Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Ordumuz tərəfindən bir neçə gün əvvəl həyata keçirilən uğurlu lokal xarakterli antiterror tədbirləri barədə danışıb. Vurğulanıb ki, şanlı Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri cəmi bir gün ərzində yerinə yetirdi.
Baş nazir antiterror tədbirləri zamanı şəhid olmuş əsgər və zabitlərə Allahdan rəhmət, yaralılara şəfa diləyib.
2023-cü ilin Azərbaycan xalqı üçün xüsusilə əlamətdar olduğu bildirilib.
“Bu il biz müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli siyasi və dövlət xadimi Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü qeyd edirik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü ili “Heydər Əliyev İli” elan edib və Ulu Öndərin yubileyi ilə bağlı dövlət səviyyəsində silsilə tədbirlər həyata keçirilir”, - deyə Ə.Əsədov əlavə edib.
Eyni zamanda vurğulanıb ki, 2023-cü il həm də Prezident İlham Əliyevin siyasi hakimiyyətə gəlişinin 20-ci ildönümü ilə əlamətdardır.
Ölkəmizin bütün sahələrdə sürətli inkişafı, insanların rifah halının yaxşılaşması, Azərbaycanın beynəlxalq arenadakı mövqelərinin əhəmiyyətli dərəcədə möhkəmlənməsi dövlətimizin başçısının prezidentlik dövrünün uğurlu nəticələri kimi dəyərləndirildi.
Vurğulandı ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası bu möhtəşəm prezidentlik dövrünün zirvəsində dayanır.
Ölkənin iqtisadi inkişaf göstəriciləri barədə məlumat verən Ə.Əsədov bildirdi ki, cari ilin 8 ayında qeyri-neft sektorunda 2,6 %, qeyri-neft sənayesində isə 6 % artım qeydə alınıb.
Hazırda ölkənin maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşmışdır, strateji valyuta rezervləri 67 milyard ABŞ dollarına çatıb və ilin əvvəlindən 14,5 % artıb.
2023-cü ilin ötən dövründə xarici ticarət balansının əhəmiyyətli həcmdə müsbət saldosunun yaranması, xarici borcun azalması və büdcə gəlirlərinin yüksək icrası əldə olunmuş çox müsbət nəticələr kimi dəyərləndirildi.
Bildirildi ki, bütün bunlar nəticəsində 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılıb və büdcə gəlirləri 3,1 milyard manat və ya 10,1 %, büdcə xərcləri isə 3,3 milyard manat və ya 9,8 % artırılıb.
Azərbaycan Prezidenti tərəfindən müəyyən edilən prioritet xərc istiqamətləri əsasında 2024-cü ildə həyata keçiriləcək tədbir və layihələrin uğurlu icrası üçün büdcədə tələb olunan maliyyə təminatının yaradıldığı diqqətə çatdırıldı.
İclasda növbəti il və ortamüddətli dövr üçün büdcə siyasətinin müəyyən edilməsi ilə bağlı əsas çağırış və hədəflər barədə məlumat verildi.
Bu xüsusda “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasının, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpa və yenidənqurulması, həmçinin Böyük Qayıdışın təmin edilməsi üzrə tədbirlərin davam etdirilməsinin, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsinin, ölkəmizin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsinin, ərzaq təhlükəsizliyinin təmin edilməsi və sahibkarlığın inkişafının dəstəklənməsinin, ən vacib prioritet layihələrin maliyyələşdirilməsi üçün yeni borclanma siyasətinin aparılmasınının, makroiqtisadi və büdcə dayanıqlığının təmin edilməsinin önəmi vurğulanıb.
Diqqətə çatdırıldı ki, dövlət başçısının hökumət qarşısında qoyduğu başlıca tapşırıqlardan biri də bu ilin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəsinə nail olunmasıdır.
Bu məqsədlə Nazirlər Kabinetinin 2023-cü il 15 iyul tarixli Sərəncamı ilə “İnflyasiya və qiymət monitorinqi” üzrə yaradılmış İşçi qrup tərəfindən inflyasiya proseslərinin və onun səbəblərinin araşdırılması və təhlili istiqamətində zəruri işlər görülməkdədir.
Vurğulandı ki, inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması məqsədilə müvafiq tədbirlərin görülməsi davam etdiriləcəkdir. Məhz bu baxımdan ortamüddətli dövrdə də Hökumət qarşısında əsas çağırışlardan birinin makroiqtisadi sabitliyin və büdcə dayanıqlığının təmin edilməsinin olduğu bildirildi.
İclasda maliyyə naziri Samir Şərifov Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri haqqında, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın 2024-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 2024-cü il üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcə layihələri haqqında, Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədovun “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı qarşıda duran məsələlər haqqında məruzələri dinlənilib.
Daha sonra gündəlikdə duran məsələlərə dair müzakirələr aparılıb.
İclasa yekun vuran Baş nazir hökumət qarşısında duran əsas vəzifələr barədə məlumat verib.
Ölkənin hərbi potensialının və dövlət təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpa və yenidənqurulması, Böyük Qayıdışın təmin edilməsi, maliyyə sektorunda nizam-intizamın gücləndirilməsi, vergi və gömrük sahəsində islahatların davam etdirilməsi, daxili bazarda sağlam rəqabət mühitinin təmin edilməsi istiqamətində tədbirlərin davam etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi, həmçinin qarşıda duran digər prioritet layihələrin icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.
“Sabah” “Araz-Naxçıvan”ı 4 qolla məğlub etdi
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...