Vəkil və keçmiş icra məmuru başlarından güllələndi - FOTOLAR

img

22-09-2023 [00:05]


Türkiyənin turizm bölgəsi sayılan Muğlanın Bodrum rayonunda vəkil və keçmiş icra məmuru öldürülüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Bodrumda eyni avtomobildə vəkil Erdal Çam, keçmiş məhkəmə icraçısı Özcan Çavdar və adı G.A kimi göstərilən şəxs arasında səbəbi bəlli olmayan mübahisə olub.

Yerli polisin məlumatına görə, maşında arxa oturacaqda əyləşən G.A. qabaq yan və sürücü oturacağında əyləşən vəkil və icraçını başlarından güllələyərək öldürüb.

Məlumata görə, hər iki şəxs elə hadisə yerindəcə həyatları ilə vidalaşıblar: "G.A isə könüllü olaraq  Jandarma Komandalığına gedərək təslim olub. Hazlrda hadisənin detalları araşdırılır".

Tahir Şəlvəli

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:55 26.07.2024

Sabah yağış yağacaq