Əsəd 20 ildən sonra Çinə getdi - Səfərin arxasında hər iki tərəfin mühüm planları var
21-09-2023 [12:59]
Suriya prezidenti Bəşər Əsəd vətəndaş müharibəsi və xaosun hökm sürdüyü ölkəsindən 20 ildən sonra ilk dəfə Çinə gedib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd həyat yoldaşı ilə birgə 2004-cü ildən bəri Çinə ilk rəsmi səfərinə başlayıb.
Səhər saatlarında "Air China" aviaşirkətinə məxsus təyyarə ilə ölkəyə gələn Bəşər Əsədin Asiya Oyunlarının açılış mərasimində iştirak edəcəyi gözlənilir. Əsəd daha sonra cümə günü - sentyabrın 22-də Çin prezidenti Si Şinpinqlə görüşəcək.
Məlumata görə, Əsəd və onu müşayiət edən nümayəndə heyətinin bazar və bazar ertəsi paytaxt Pekində bir sıra təmaslar keçirməsi planlaşdırılır.
Xəbərdə deyilir ki, Bəşər Əsədin günlərlə davam etməsi planlaşdırılan səfəri 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri ölkəsindən uzaq olduğu ən uzun səfər bu olacaq: "Avstraliya, Kanada, Avropa İttifaqı (Aİ) və İsveçrənin sanksiyaları ilə üzləşən Əsədə qarşı Çin və Rusiya daimi üzvü olduqları Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında çoxtərəfli sanksiyaların tətbiqinə dəstək verməyiblər. Çin indiyədək ən azı səkkiz dəfə Əsəd hökumətini pisləyən BMT qətnamələrinə veto qoyub. Bunula yanaşı, bu ilin fevralın 6-da Maraşda baş verən zəlzələlərdən sonra Suriya ilə digər ərəb ölkələri arasında diplomatik əlaqələr daha da intensivləşib. Əsəd ötən ilin mayında Suriyanın Ərəb Liqasına qaytarılmasından qısa müddət sonra Səudiyyə Ərəbistanında keçirilən 22 üzvlü regional təşkilatın sammitində iştirak edib. Əsəd son illərdə Rusiya, İran, Birləşmiş Ərəb Əmirlikləri və Oman kimi ölkələrə də səfər edib. Ancaq ekinə səfər daah fərqlidir. O, Qərblə Rusiya kimi baş-başa gələn Çindən daha çox şeylər gözləyir. İlk əvvəl təcrid olunmanın aradan qaldırlması və maliyyə. Daha sonra isə Pekinin gücünü də arxasına alaraq ölkəsindəki anarxiyaya son qoyaraq Rusiya və Çinə rəqib ölkələri bölgədən uzaqlaşdırmaq əsas vəzifə kmi görülür. Təbii ki, bunun üçün Rusiya kimi, Çinin də siyasi və iqtisadi gücü Əsədə çox lazımdır".
Yeri gəlmişkən, "Bloomberg" yazır ki, Çinin Yaxın Şərqdə diplomatik səylərini artırır: "Əsədin səfəri ilə Pekin administrasiyasının bölgədəki təsir dairəsini genişlənəcək. Unutmayaq, Çin ötən mart ayında İran və Səudiyyə Ərəbistanı arasında vasitəçi kimi uğurla çıxış edərək, bölgəyə sürətli giriş elədi. Daha sonra Fələstin prezidenti Mahmud Abbasın iyun ayında Pekinə çağırıb, İsrail-Fələstin münaqişəsi ilə bağlı beynəlxalq sülh konfransına zəmin hazırlayır. İndisə Əsədlə başqa bir qütbdən bölgədə möhkəmlənir. Qarşıda bu bölgədə də Çinlə bağlı maraqlı proseslər gedəcək"
Samir Musayev
MİA.AZ
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır