"Ermənistan öz öhdəliklərini yerinə yetirməlidir" - Hikmət Hacıyev

img

20-09-2023 [09:01]


"Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasının tərəfdarıdır, lakin rəsmi İrəvan da öz öhdəliklərini yerinə yetirməlidir".

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Al Jazeera” telekanalına müsahibəsində deyib.

O xatırladıb ki, Azərbaycan Ermənistanla sülh sazişi üzrə danışıqlara təşəbbüs göstərib: “Azərbaycan sülh gündəmini və Ermənistanla sülh sazişinin tezliklə imzalanmasını dəstəkləyir”.

Eyni zamanda, Prezidentin köməkçisi vurğulayıb ki, Ermənistan da öz öhdəliklərini yerinə yetirməlidir: “Birincisi, bütün hərbi qüvvələri Azərbaycan ərazilərindən çıxarmalı, həmçinin qanunsuz marionet rejimin maliyyələşdirilməsini dayandırmalıdır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR