Sabiq nazir: "Ölkəmizdə də bu problemlər özünü daha qabarıq göstərir"

img

19-09-2023 [21:47]


15 sentyabr 2023-cü ildə Azərbaycan Respublikası Audit palatası və Azərbaycan Respublikası Hesablama palatasınin keçirdiyi Beynəlxalq elmi konfransda iştirak etdim.

Əvvəla, onu deyim ki, konfrans çox gözəl təşkil olunmuşdur, Avropa standartlarına uyğun, dəqiq və yüksək intizamla müzakirələrin təşkili doğrudan da urəkaçan idi. Həm də müzakirəyə çıxarilan problemlər diqqətçəkici idi və bir neçə ölkənin nümayəndələri ilə müzakirə əsasında qəbul olunan qətnamə və qərarlar günün tələbinə cavab verir. Dünya standartlarına uyğun belə yüksək səviyyədə konfransın keçirilməsinə görə konfransın təskilatçılarina və təşkilat komitəsinin üzvlərinə təşəkkür edirəm.

Mənim məruzəm Rəqəmsallaşma və şəffafliğın iqtisadi inkişaf səviyyəsinə təsirinin təhlilinə həsr olunmuşdur. Bu məqsədlə tərəfimizdən 157 ölkənin məlumatlarınin təhlil əsasında bir model quruldu və bu uç gostəricinin arasında asılılığıliq müəyyən edildi və xətti reqressiya müəyyən olundu. Maraqlı və həm də müasir şəraitə uygunlaşan qanunauyğunluq alındı. Rəqəmsallaşma şəffafliğı təmin edir və bu hər ikisi iqtisadi inkişafı surətləndirməklə korrupsiya elementlərini sadəcə məhv edir.

Deməli, Rəqəmsallaşma və şəffaflıq iqtisadi inkişaf sürəti ilə düz mütənasib asililiqdadir. Bununla bərabər korrupsiya yüksək olan ölkələrdə Rəqəmsallaşma yolunda korrupsiyanın ciddi tormozlayıcı rolu ortaya çıxdı. Ən maraqlı məqam isə təhlil olunan bütün ölkələrdə din amilinin təhlili daha ciddi mətləblərə aydinlıq gətirdi. Ən zəif orta göstəricilər (riyazi ğozləmə) müsəlmanlarda müşahidə olunur, ən yaxşıları isə buddist, yəhudi və digər dinlərdə görsənir. Proqnoz göstəriciləri də (Data sayəns analizi ilə) müsəlman ölkələri üçün yaxşı bir perspektiv vəd etmir.

Ölkəmizdə də bu problemlər daha qabarıq özünü göstərir, əksəriyyət ğöstəricilər üzrə ölkə hətta orta müsəlman göstəricilərindən də geri qalır və perspektiv proqnozlar da geriləməyə doğru gedir.

Saleh Məmmədov,

Sabiq malyyə naziri, Professor

MİA.AZ

img img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq