Baş məşqçinin stadionda səhhəti qəfil pisləşdi

img

18-09-2023 [09:10]


Trendyol 1-ci Liqasının 5-ci həftəsində evdə "Manisa" ilə qarşılaşan "Giresunspor"da gözlənilməz vəziyyət yaranıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Giresunspor"un baş məşqçisi Mustafa Kaplanın matçın uzatma dəqiqələrində səhhəti qəfildən pisləşib.

Məlumata görə, dərhal sahəyə daxil olan təcili yardım maşınında məşqçiyə tibbi xidmət göstərilib və o, özünə gəlib.

Oyundan sonra açıqlama yayan "Giresunspor"dan verilən açıqlamaya bgörə, Kaplanın səhhətində ciddi problem yoxdur: "Onun halının pisləşməsi təzyiqlə əlaqəli olub. Haçl-hazırda Mustafa Kaplanın səhhəti qaydasındadır".

Onu da qeyd edək ki, "Giresunspor"la "Manisa" arasında oyun qolsuz bərabərliklə başa çatıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq