Klub prezidenti Baş məşqçidən şikayətçidir: "Bizə qarşı səhv etdi"

img

13-09-2023 [00:19]


"Kayserispor"un prezidenti Ali Çamlı "Başakşehir"lə müqavilə imzalayan Baş məşqçi Çağdaş Atanla bağlı sensasiyalı açıqlamalar verib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, "Kayserispor"dan qəfil ayrılaraq "Başakşehir"lə anlaşan Çağdaş Atanın səhv etdiyini deyib.

Klub prezidenti bildirib  ki, baş məqşçi onlara xəbər vermədən gizli şəkiildə İstanbul klubu ilə danışıqlar aparıb: “Əgər sən (Çağdaş Atanı nəzərdə tutur - Mia.az) başqa klubla gedib görüşəcəksənsə, mənəvi cəhətdən indiki klub prezidentinə “Burada yoruldum. Mən missiyamı başa vurdum. İcazənizlə mən buradan gedə bilərəmmi?” deməlisən. Biz heç kimi burada zorla saxlamırıq, Çağdaş hoca bizə qarşı səhvi etdi”.

Onun sözlərinə görə, baş məşqçinin bu hərəkətini cavabsız qoyymayacaqlar: "Əlbəttə, bu etik olmayan davranışla bağlı şikayətimiz olacaq. Növbəti prosesi UÇK-da (Mübahisə Həll Şurası) davam etdirəcəyik. UÇK nə qərar versə, biz də razılaşacağıq".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq