"Baktelekom" və "Aztelekom"la bağlı hansı qərar veriləcək?
11-09-2023 [12:19]
Prezident İlham Əliyev ötən ayın sonunda özəl yatırım cəlbini nəzərdə tutan dövlət müəssisələrinin siyahısını təsdiqləmişdi. Həmin sərəncamda özəlləşdirilə biləcək səkkiz dövlət müəssisəsinin – o sıradan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərkibindəki "Baktelekom" və "Aztelekom" MMC-lərinin də adı çəkilmişdi.
"Aztelekom" və "Baktelekom" dövlətə məxsus internet provayderləridir. Azərbaycan dünyada azsaylı ölkələrdəndir ki, bu sahədə özəl sektorun payı azdır. Əslində, ölkədəki özəl internet provayderlərini internetlə təmin edən də elə "Aztelekom" və "Baktelekom"dur. Ekspertlərin fikrincə, Azərbaycanda internetin sürət və qiymətindən narazılıqlar məhz bu sahədə dövlətin payının yüksək olmasından qaynaqlanır. Axı özəl sektorun inkişafı rəqabətin yaranması deməkdir. Rəqabətsə istər xidmət keyfiyyətinin artmasına, istərsə qiymət səviyyəsinin normal həddi aşmamasına yol açır.
Adıçəkilən qurumların özəlləşdirilməsi daha öncə də dəfələrlə hökumət gündəmində yer alıb. Ancaq vəd edilsə də, bu sahədəki durum dəyişməz qalıb. Hələ 2016-cı ildə qəbul edilən və 2020-ci ilədək icrası nəzərdə tutulan "Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"ndə bu qurumların özəlləşdirilməsinin gözdən keçiriləcəyi bildirilmişdi.
"Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"ndə qeyd edilirdi ki, Azərbaycanda sabit şəbəkədə genişzolaqlı xidmətlərin 50 faizindən çoxunu azsaylı bazar subyektləri təqdim edir. Üstəlik, digər bir çox bölgə ölkələrindən fərqli olaraq, bu azsaylı oyunçuların bazar payı artmaq əvəzinə azalıb. Məsələn, bölgə ölkələrində sabit genişzolaqlı xidmət üzrə yüksək özəl çəkili iştirakçıların bazar payları 2010-2015-ci illərdə azaldığı halda, Azərbaycanda belə iştirakçılar öz abunəçi bazasını genişləndirməklə bu göstəricini 2010-cu ildəki 40 faizdən 2015-ci ildə 66 faizə artırıblar. Həmin müddət ərzində dominant bazar iştirakçılarının bazar payı Türkiyədə 21 faiz, Qazaxıstanda 15 faiz, Şərqi Avropada 10 faiz azaldığı halda, Azərbaycanda 26 faiz çoxalıb.
Bu baxımdan, genişzolaqlı şəbəkə bazarının liberallaşdırılması ölkədə rabitə əlaqəsinin gücləndirilməsi istiqamətində əsas təkanverici amillərdən biri ola bilər. Beynəlxalq təcrübədə dünya ölkələri bazarlarda rəqabət mühiti yaratmaqla iştirakçıların paylarının effektiv tənzimlənməsi istiqamətində tədbirlər görür. Bu üzdən, Azərbaycanın telekommunikasiya bazarında müşahidə edilən meyllər həmin trendə uyğunlaşdırılmalıdır.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" və Bakı Telefon Rabitəsi (Baktelekom) MMC-lərinin antiinhisar qanunvericiliyini pozmasını müəyyənləşdirib. Dövlət Xidməti özəl internet provayderlərindən gələn müraciətlər əsasında bu iki qurum haqqında araşdırma da başlatmışdı. Araşdırmadan üzə çıxmışdı ki, hər iki şirkət dövlətin (Tarif Şurası) tənzimlədiyi xidmətlərlə eynipredmetli xidmətlərin tariflərini özü müəyyənləşdirərək bir sıra qanunvericilik aktının tələblərini pozub. Nəticədə hər iki dövlət qurumuna pul cəriməsi tətbiq edilməsinə qərar verilmişdi.
Azərbaycanın internet sektoru ilə bağlı problemlərə yol açan səbəblər məhdud rəqabət imkanları ilə yanaşı, həm də bazarda müstəqil tənzimləyicinin olmamasından irəli gəlir. Müstəqil ekspertlərin fikrincə, bu sektorun inkişafı baxımından Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kommersiya səlahiyyətlərinə son qoyulmalıdır. Axı eyni qurumun həm tənzimləmə aparması, həm də satışla məşğul olması maraq toqquşması doğura bilər.
Hökumətin də açıqlamalarında ölkədə müstəqil tənzimləyici yaradılmasının planlaşdırıldığı bildirilib. 2016-cı ildə təsdiqlənən Strateji Yol Xəritəsində də qeyd edilən strateji hədəflərdən biri ölkədə müstəqil tənzimləyici qurumun yaradılması idi. Ancaq yol xəritəsinin qəbulundan yeddi il ötsə də, hökumət hələ də bu vədini yerinə yetirməyib. Həmin sənəddə inkişaf etmiş ölkələrin təcrübəsinə dayanaraq göstərilir ki, müstəqil tənzimləyici qurumun telekommunikasiya bazarını düzənləməsi bazarın inkişafına və daha çox investisiya yatırılmasına zəmin yaradır.
Beynəlxalq təcrübəyə görə, bazarın liberallaşdırılması xidmət qiymətlərini optimallaşdırır, investisiya qoyuluşlarının həcmini və xidmətlərin keyfiyyətini artırır. Beynəlxalq Telekommunikasiya İttifaqının araşdırmasına görə, bazar iştirakçıları arasında rəqabət ortamının təkmilləşdirilməsi beynəlxalq zənglərin orta qiymətlərinin 48 faiz, genişzolaqlı şəbəkə qiymətlərininsə 32 faiz aşağı salınmasına imkan verə bilər. Bununla yanaşı, internet infrastrukturu üzərində cəmi bir neçə üstün mövqeli oyunçunun olduğu ölkələrdə qanunsuz trafik toplam beynəlxalq trafikdə 30-60 faiz aralığında paya malikdir və bu da, öz növbəsində, vergidən yayınmalarla müşayiət edilir(AzadlıqRadiosu)
MİA.AZ
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR