İsrail hərbçiləri daha ikisi uşağı həbs edib

img

26-11-2024 [17:06]


Bu gün İsrail hərbçiləri işğal altındakı İordan çayının qərb sahilinə basqınlarını davam etdirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatı (FAT) məlumat yayıb.

FAT-ın məlumatına əsasən, Ramallah, Beytullah, Qüds və Hebron şəhərlərinə həyata keçirilən basqınlarla daha 16 mülki şəxs səbəbsiz saxlanılıb: "Hərbçilər həmişə olduğu kimi, bu dəfə də fələstinlilərin evləri, əşyalarını dağıdıb, onları alşaldaraq həbs ediblər".

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR