Livan yenə bombardman olunub - 18 nəfər ölüb, 26 nəfər yaralanıb

img

26-11-2024 [23:02]


İsrail ordusu bu gün Livanın bir çox bölgələrinə zərbələr endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə daha 18 nəfər ölüb, 26 nəfər isə ağır yaralanıb.

Livan Səhiyyə Nazirliyindən bildirilib ki, İsrailin Sur şəhərində fələstinli qaçqınların qaldığı Rəşidiyyə düşərgəsinə hücumunda biri uşaq 2 nəfər ölüb, 22 nəfərin isə xəsarət alıb: "Baalbek şəhərinin Şirvane rayonunda bir ev vurulub. Burada isə 6 nəfər həyatı ilə vidalaşıb. Şeyx Həbib Əl İbrahim rayonunda bombalanan evdə isə 4 nəfər ölüb, dağıntılar altındda xeyli adam qalıb. Ölkənin cənubundakı Bint Cubel rayonunun Şakra qəsəbəsində endirlən zərbə isə 6 nəfərin ölümünə, 4-nün isə yaralanmasına səbəb olub".

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq