"Bavariya"nın hücumçusu: "Böyük klublar belə olur"

img

11-09-2023 [10:30]


Yeni mövsümdə "Tottenhem"dən "Bavariya"ya keçən Harri Keyn maraqlı açıqlama verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Harri Keyn "bavariya" azarkeşlərinin son iki oyundan razı qalmadığını düşünür.

O bildirib ki, yeni mövsümün ilk iki oyunundan 3:1 və 4:0 hesablı qələbə qazansalar da, insanlar oyundan razı qalmayıblar: "Biz "Tottenhem"də də hər oyun  qazanmaq üçün meydana çıxırdıq, ancaq qazanmasaq, bu, problem olmurdu. Lakin "Bavariya"da fərqlidir. Burada gərək hər oyun qazanasan, özü də tək qazanmaq da yetmir. Gərək həm də zövqlü futbol oynayasan. Böyük klublar belə olur, əslində".

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq