Konfrans Liqası: Türkiyə komandası penaltilər seriyasında uduzaraq mübarizədən kənarda qalıb

img

01-09-2023 [10:13]


UEFA Konfrans Liqasında Türkiyənin iki komandası - “Fənərbağça” və “Beşiktaş” qalib gələrək, adını qruplara yazdırsa da, digər təmsilçi “Adana Dəmirspor” penaltilər seriyasında uduzaraq mübarizədən kənarda qalıb.

Mia.az TRT Spor-a istinadla xəbər verir ki, "Adana Dəmirspor" səfərdə - ilk oyunda 2:1 hesabı ilə uduzduğu Belçika  komandası "Genk"lə doğma nmeydanında qarşılaşıb. Oyunun əsas meydanda 1:0 hesabı ilə qalib gəldiyindən ümumi nəticəyə (2:2) əsasən penaltilər təyin olunub.

Penaltilər seriyasında isə türk komandası 5:4 hesabı ilə uduzaraq yarışla vidalaşıb.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:50 26.11.2024

Qar yağacaq