Rusiya XİN-dən Bakı və İrəvan arasındakı gərginliyə reaksiya: "Fransanın bu istiqamətdəki fəaliyyəti bizə yaxşı məlumdur”

img

30-08-2023 [16:03]


“İlk növbədə hər iki tərəfin, yəni Azərbaycan və Ermənistanın mövqeyini nəzərə almaq lazımdır. Əks təqdirdə məsələnin həllində hər hansı bir irəliləyişə ümid etməyə dəyməz”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

M.Zaxarova qeyd edib ki, Rusiya tərəfi Moskvanın səylərinə zidd olmayan istənilən vasitəçilik təşəbbüslərini alqışlayır: “Biz dəfələrlə demişik ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair Rusiyanın səylərinə zidd və xələl gətirməyən istənilən təşəbbüsləri alqışlayırıq. Fransanın bu istiqamətdəki fəaliyyəti isə bizə yaxşı məlumdur”(Report).

Mia.az-ın məlumatına görə, o, daha sonra bildirib ki, üçtərəfli razılaşmalar həyata keçirilməlidir: “Əsas təminat razılaşmaların yerinə yetirilməsidir. Əgər bir şey razılaşdırılıbsa, üstəlik, o, ən yüksək səviyyədə imzalanıbsa, o zaman bu həyata keçirilməlidir, prosesə üçüncü şəxslər cəlb edilməməlidir. Elə razılaşmalar var ki, onları yerinə yetirmək lazımdır. Müqavilənin həyata keçirilməsində saxtakarlıq başlayan kimi təminatlara vaxt qalmır”.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 04.12.2023

SOCAR-ın gəlir azalıb