Kılıçdaroğlu: "CHP-ni dağıtmaq istəyənlərin güclü təzyiqi ilə üz-üzəyik"

img

30-08-2023 [14:58]


"CHP-ni dağıtmaq istəyənlərin güclü təzyiqi ilə üz-üzəyik".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri CHP lideri Kamal Kılıçdaroğlu deyib.

O bildirib ki, 31 may seçkilərindən sonra ona və CHP-nin qurumlarına qarşı amansız hücumlar təşkil olunub: "Seçkidən sonra üzərimizə ağır bir təzyiq başlayıb. Bu, partiyanı dağıtmaq üçün kifayət qədər ağır bir təzyiqdir və hələ də davam edir".

Baş verənlərə baxmayaraq partiyanı qorumağa və gücləndirməyə çalışdığını deyən CHP lideri seçkidə partiyalarla ittifaq qurmalarına belə şərh verib: "Digər partiyalarla birlikdə yaratdığımız millət vəkili namizəd siyahılarına qarşı tənqidlər haqsızdır. Bizim 25 faiz səsimiz var, 50-yə çatmaq üçün müttəfiqlərə ehtiyacımız var".

Tahir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR