Ekspertdən Rusiyaya dağıdıcı dron hücumlarına şərh: "4 ədəd İl-76 təyyarəsinin məhvi çox ciddi itkidir"

img

30-08-2023 [13:52]


"Rusiyanın Pskov hərbi aerodromu bir az öncə Ukrayna dronlarının hücumuna məruz qalıb.

Mia.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib.

O bildirib ki, burada Rusiya Silahlı Qüvvələrinin 334-cü hərbi-nəqliyyat aviasiya alayı dislokasiya olunub: "İlkin məlumatlar və gələn videolar əməliyyatın uğurlu alındığını göstərir. Rusiya tərəfi hücum nəticəsində 4 ədəd İl-76 hərbi-nəqliyyat təyyarəsinin zədə aldığını etiraf edib. Yəni, əslində bu təyyarələrin məhv edildiyini söyləmək olar. Bu, Rusiya üçün çox ciddi itkidir".

Politolqo bildirib ki, bundan başqa, aerodrom ərazisindəki yanacaq anbarı partladılıb: "Bu dəqiqələrdə Bryansk, Tula vilayətləri ərazisində də partlayışlar baş verir. Moskva vilayətində hava həyəcanı elan edilib, Vnukovo hava limanı bağlanıb...".

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 04.12.2023

SOCAR-ın gəlir azalıb