"Ankara və İstanbulda öz namizədlərimiz olacaq" - Akşener İmamoğlu ilə Yavaşa "badalaq" gəldi

img

29-08-2023 [16:49]


"Ankara və İstanbulda öz namizədlərimiz olacaq".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Meral Akşenerin lideri olduğu İYİ Partiya sözçüsü Kürşad Zorlu 31 mart 2024-cü ildə keçirləcək bələdiyyə seçkiləri barədə danışarkən deyib.

Onun sözlərinə görə, İYİ partiyası seçkilərdə Ankara və İstanbulda öz namizədlərini irəli sürəcək: "Bunun üçün hazırlıq görülür. Bu hazırlıqları çox qısa müddətdə tamamlanacaq və namizədlərimiz elan olunacaq"

Xatırladaq ki, İYİ Partiyasının sədri Meral Akşener hələ 14 mayda keçirilən prezident seçkilərində Kamal Kılıçdaroğlunun deyil, ya İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun, ya da Ankara bələdiyyəsinin sədri Mansur Yavaşın namizəd olmasını tələb edirdi. İndisə o, bu CHP-li bələdiyyə sədrlərinə qarşı rəqib çıxarır.

Akşenerin zaman-zaman belə təzadlı siyasi gedişləri az olmayıb.

Zülfiyyə
 
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:05 04.12.2023

SOCAR-ın gəlir azalıb