Xan Şuşinskinin II Fəxri xiyabanda məzarı ziyarət olunub - FOTO
21-08-2023 [16:21]
Azərbaycan muğam sənətinin böyük ustadı, məşhur xanəndə, Xalq artisti Xan Şuşinskinin (1901-1979) anadan olmasının 122-ci ildönümündə II Fəxri xiyabanda məzarı ziyarət olunub.
Mia.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin nümayəndələri və incəsənət xadimləri sənətkarın məzarı üstünə güllər düzüb, xatirəsini yad ediblər.
Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Beynəlxalq Muğam Mərkəzinin direktoru Əməkdar artist Sahib Paşazadə çıxış edərək Xan Şuşinskinin musiqi mədəniyyətimizdə, muğam sənətinin inkişafında xidmətlərindən danışıblar. Qeyd olunub ki, ustad xanəndə muğamlarımızın bənzərsiz ifaçısı olmaqla yanaşı, “Şuşanın dağları”, “Məndən gen gəzmə”, “Ay gözəl” kimi dillər əzbəri olan mahnı və təsnifləri bəstələyib.
Muğam ustadı İslam Abdullayevin tələbəsi olan İsfəndiyar Cavanşirov “Xan Şuşinski” adını təsadüfən qazanmayıb. Hər kəs anadan olanda ona ad verilir və nadir insanlar olur ki, onlar həyatda ad qazanırlar. Xan Şuşinski hələ gənc yaşlarından ecazkar səsi, ifası ilə muğam sənətinin Xanı olduğunu sübuta yetirmişdi. O həm də bu adı böyük şərəflə Şuşa şəhərinin əsasını qoyan Pənahəli xanın kötücəsi olaraq daşıyırdı. 16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə "Kürd-Şahnaz" muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona "Xan Şuşinski" adını verib.
Xanəndənin ailəsi adından çıxış edən oğlu Aslan Cavanşirov və qızı Bəyimxanım Verdiyeva anım tədbirinə qatılan hər kəsə təşəkkür edərək bu gün Xan Şuşinskinin doğma yurdu Şuşanın azad olunmasına görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və ölkəmizdə muğam sənətinin inkişafına diqqət və qayğısına görə Birinci vitse Prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Xan Şuşinski müstəsna istedadı, geniş diapazonlu, gur və məlahətli səsi, yüksək ifaçılıq mədəniyyəti sayəsində hələ gənclik illərində şöhrət qazanıb, Azərbaycan muğam ifaçılığı sənətini zənginləşdirib. Eyni zamanda bir neçə muğama yeni xallar, guşə və şöbələr əlavə edib. 1924-cü ildən keçmiş SSRİ-nin bir çox şəhərlərində uğurla çıxış etməklə, muğam sənətini ayrı-ayrı xalqların nümayəndələrinə sevdirib, musiqimizin təbliğində özünəməxsus xidmətlər göstərib. Vaxtilə onun böyük məharətlə ifa etdiyi “Qarabağ şikəstəsi”, “Bayatı-Şiraz”, “Mahur”, “Mirzə Hüseyn segahı”, “Şahnaz”, “Şur”, “Çahargah” və “Heyratı” muğamları, bir sıra təsniflər, “Qara qaşın vəsməsi”, “Apardı sellər Saranı”, “Girdim yarın bağçasına” xalq mahnıları, milli musiqi mədəniyyətimizdə xüsusi yer tutan bu gözəl sənət nümunələrini dinləyicilərin yaddaşına əbədi həkk etdirib.
Xan Şuşinskinin müəllifi olduğu “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl” mahnıları da dillər əzbərinə çevrilib. O, bəstəkar mahnılarına da müraciət edib, Üzeyir Hacıbəylinin "Qara göz" mahnısının ilk ifaçısı olub.
Ustad sənətçinin gənc xanəndələrin yetişdirilməsində də əməyi var. Milli muğam ifaçılığı məktəbinin yüksək ənənələri əsasında məktəb yaratmış görkəmli xanəndə bütün səy və bacarığını istedadlı ifaçıların yeni nəslinin inkişafına sərf edib.
1943-cü ildə o, milli musiqi mədəniyyəti sahəsindəki uğurlarına görə “Xalq artisti” fəxri adına layiq görülüb, “Şərəf nişanı” ordeni və medallarla təltif olunub.
Xan Şuşinski 1979-cu il martın 18-də vəfat edib və II Fəxri xiyabanda dəfn edilib.
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb