Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
13-08-2023 [00:07]
Qoç - çətinliklər yaranacaq. Rəqibləriniz və bədxahlarınız çox aktivdir. Nikbin olun, problemlərin qarşısında geri çəkilməyin. Qətiyyətli və iradəli olun. Qarşınıza qoyduğunuz məqsədə çatmağa çalışın. Belə olarsa, nüfuzunuz artacaq. Yaxın ətrafınızdakı insanlar məsləhətlərinizə qulaq asacaq, dediklərinizi dinləyəcəklər.
Günün ikinci yarısında kiçik problemlər yaranacaq. Onların sayı çox olduğundan maneələri aşmaq üçün yetərincə səy göstərməli olacaqsınız. Sevdiyiniz insanla axşam saatlarında səmimi ünsiyyətldə olun. Maraqlı tanışlıq istisna deyil.
Buğa - hadisələrlə zəngin gündür. Yaşananlara rəğmən sakit və təmkinli davranın. Soyuqqanlı olsanız, stoik insan təsiri bağışlayacaqsınız. Tərəddüd edən insanlar, özlərindən bədgüman şəxslər sizə can atır, dəstək və yardım istəyirlər. Onlara kömək durun. Yaşam enerjiniz buna imkan verir.
Günün ikinci yarısı ailə problemlərinin müzakirəsi və həlli üçün münasib zamandır. Münasibətlərdəki probelmləri həll edin, uğurunuza səmimi sevinməyi bacarın. Hədiyyələr və xoş sürprizlər istisna deyil. Axşam saatlarında normal istirahət edin.
Əkizlər - sadə və asan gündür. Ciddi problemlər yaranacaq. Dəyər verdiyiniz və qiymətləndirdiyiniz insanlarla ünsiyyətdə sərinliyin formalaşmasına imkan verməyin. Vəziyyəti daha da gərginləşdirməmək üçün etiraflar və sərt iradlar zamanı deyil. Gerçək niyyətlərinizi və istəklərinizi pərdələməyə çalışın. Səmimi olun, anlaşılmazlıq və ixtilaflar yaratmayın.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla münasibətləri aydınlaşdırmağa çalışmaq əvəzinə öz davranışınızdakı nöqsanları çözün. Münaqişələrin səbəbi zahirdə yox, batindədir. Alış-verişdə çox pul xərcləməyin. Daşınmaz əmlak və ya nəqliyyat vasitəsi almaq üçün münasib gün deyil. Maliyyə fonu uğursuz, əlverişsizdir.
Xərçəng - situasiya gərginləşir, emosiyalar tarıma çəkilir. Yaxın ətrafınızdakı insanlar sizə mühüm qərar qəbul etməyin və bu qərara uyğun davranmağın vaxtının çatdığını deyirlər. Siz isə sadəcə, vaxt qazanmağa çalışırsınız.
Əslində, pis taktika deyil. Bütün amilləri və nüansları doğlun şəkildə nəzərə almaq iqtidarında deyilsiniz. Bundan başqa, kiminsə bilərəkdən və ya təsadüfən sizə yanlış informasiya verməsi istisna deyil. Normal çalışmağa davam edin. Yaxşı ideyalar qəflətən yaranacaq.
İşləriniz barədə bitkin informasiyaya malik olmayan insandan yardım gözləməyin. Dostlar və ya qohumlara sirr verməyinizin acısını çəkə bilərsiniz. Hisslərinizi sevdiyniz insana etiraf edə bilərsiniz. Daha səmimi, cəsur olmağa çalışın.
Şir - peşəkar fəaliyyətlə yanaşı, şəxsi münasibətlərdəki problemlərin müzakirəsi üçün yaxşı zamandır. Dəstəyinə ehtiyac duyduğunuz insanlarla dil tapmağa çalışın. Yardım istəyən insanlara kömək edin. Qəfil etiraflar, faydalı məlumatın əldə edilməsi istisna deyil. Yeni tanışlarınızda özünüzlə bağlı xoş hisslər yaratmağa çalışın.
Günün ikinci yarısı güclü emosiyalar və yaddaqalan hadisələr vaxtıdır. Yeni münasibətlərin təməli qoyulacaq. Şəxsi münasibətlərdə köklü dəyişikliklər olacaq. Alış-veriş uğurlu keçəcək. Qarderobunuzu yeniləyə bilərsiniz.
Qız - gün ərzində xoş əhvalınızı qorumağa çalışın. Kiçik problemləri ürəyinizə salmayın. Nikbin davranış, öz qüvvə və potensialınıza güvənməyiniz müttəfiqlərlə tərəfdaşlarınızın sayını artıracaq. İşgüzar fəaliyyət müstəvisində yaranan anlaşılmazlıqları asanlıqla dəf edə bilərsiniz. Alış-veriş üçün günün ikinci yarısı münasibdir. Alacağınız əşyalar sonradan sizdə təəssüf hissi yaratmamalıdır.
Yaxınlarınızla münasibətlər pis deyil. Bir sıra problemləri həll edə biləcəksiniz. Dəyər verdiyiniz insanları anlamağa çalışın. Onların əsl hissləri və pərdələməyə çalışdıqları niyyətlərini duyun. Yeni maraqlar formalaşacaq.
Tərəzi - xoş ünsiyyət və maraqlı işlər vəd edən gündür. Dostlarla tanışlar sizə yardım etməyə, dəstək verməyə hazırdırlar. Təmaslarda diqqətli olun. Yalnız etimada layiq insanlarla tərəfdaşlıq edin. Qarderobu yeniləmək, imiclə eksperimentlər etmək olar.
Günün ikinci yarısında şəxsi münasibətlərə həddən artıq diqqət ayırmayın. Yaxın ətrafınızdakı insanlar kiçik nöqsanlarınıza göz yumacaqlar. Fəqət ciddi səhvləri sizə kimsə bağışlamayacaq. Buna görə də fəsadları ağır olacaq yanlışlıqlara yol verməyin.
Əqrəb - günün ilk yarısı xoşagəlməz olacaq. Emosional fon əlverişli deyil. Qıcıqlı olmayın, aqressiv davranmayın. Gerçəklik sərt olsa da, onunla barışın. Əks təqdirdə nəzərdə tutduğunuz işlərdən heç biri alınmayacaq. Ən kiçik, mənasız məsələlərə görə ixtilaf, münaqişə riski var.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri güclənəcək. Saatlar keçdikcə durum xeyrinizə dəyişəcək. Mövqeyinizi müdafiə edin, uzun müddətdən bəri həyata keçirmək istədiyiniz planı reallaşdırın. Yardım və ya dəstək gözləməyin. Müstəqil fəaliyyət göstərməyə çalışın.
Oxatan - xırdalıqlara və detallara fikir verin. Yaxın ətrafınızdakı insanların önəmsiz saydıqları məsələlər əslində önəmlidir. Faktları təhlil edin, dürüst nəticəyə gəlin. Bugünkü müşahidələr gələcəkdə kobud səhvlərin qarşısını ala bilər.
Günün ikinci yarısında emosional fon əlverişli olmasa da, ruhdan düşməyin, bədbinliyə qapılmayın. Əhvalınızın yaxşı olmasına çalışın. Yaxınlarınızla münasibətlərdə fikir ayrılıqlarının, yaşlılarla təmaslarda mübahisələrin yaranmasına imkan verməyin. Münaqişənin qarşısını alın.
Oğlaq - maliyyə fonu uğurlu deyil. Əhəmiyyətli itkilər ola bilər. Peşəkar fəaliyyət müstəvisindəki mövqeləriniz zəifləyə bilər. Mühüm qərarların qəbulunu təxirə salın. Müstəqil çalışın, risk edin. İş yoldaşlarınız və ya tərəfdaşlarınızı problemlərin həllinə cəlb etməyin.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla münasibətləriniz gərginləşə bilər. Kimsəyə imkan verməyin ki, sizinlə manipulyasiya etsin. Bununla yanaşı, istək və planlarınızı da gizlətməyin. Problemlərinizin həllində sizə yardım edəcək şəxs tapılacaq.Axşam saatlarında yaxınlarınızı və ailə üzvlərinizi sevindirməyə vaxt tapın. Sevdiyiniz insanla təmaslarla qayğıkeş olun.
Dolça - günün böyük hissəsi əsəbi keçəcək. Mübahisələrin əksəriyyəti mənasızdır. Qarşı tərəfi nəyəsə inandırmağa səylərinizi və vaxtınızı sərf edənədək bildiyiniz kimi hərəkət edin. Asudə davranın.
Qarşınıza qoyduğunuz məqsədə sürətlə, tezliklə çatacağınızı düşünməyin. Aramla, amma düşünərək və məntiqli irəliləyin. Yaxınlarınızla münasibətlərdəki rəvanlığı kiçik və xoşagəlməz olay poza bilər. Qarşılıqlı narazılığın alovlanmasına imkan verməyin.
Balıqlar - günün ilk yarısında aktiv çalışmaq gərəkdir. Səyləriniz və zəhmətiniz hədər getməyəcək. Yaranan çətinliklərə rəğmən əməyiniz hədər olmayacaq. Yaranan çətinliklərə rəğmən sakit və təmkinli olun. Yaxın ətrafınızdakı insanlarla qayğıkeş davranın. Ünsiyyətdə səmimi davranmağa çalışın. Belə olarsa, peşəkar fəaliyyət sahəsi və şəxsi münasibətlər müstəvisində maraqlı təkliflər ala bilərsiniz. Hər şeyə rəğmən, soyuqqanlı olmağa çalışın.
Günün ikinci yarısında yaşam potensialı tədricən azalacaq. İstirahət barədə düşünür, təcili işləri təxirə salmaq istəyirsiniz. Vaxtınızı boşuna sərf etməyin, effektiv çalışın. Yeni ideyalardan bəzilərini az sonra reallaşdırmaq olar.
Milli.Az
"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir, bu mənada..." - AKİ-yə kim sədrlik edir?
İzmirdə İŞİD-ə qarşı əməliyyat: 9 nəfər qandallanıb
Bakıda TDT üzv dövlətlərin rəsmilərinin görüşü olub
Sabahın hava proqnozu açıqlandı
ABŞ ordusu İranda uranı ələ keçirmək üçün əməlyyata hazırlaşır? - “Washington Post” yazır
Bərdə bazarında nöqsan aşkarlanıb - Yoxlama keçirilib
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb - Açıqlama + VİDEO
Kəlbəcər şəhərinə növbəti köç olub
Prezident İlham Əliyev Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - MÜZAKİRƏ + FOTO
ABŞ prezidenti Makronu rüsvay elədi: "O, hələ də çənəsinə ilişdirilən şapalağın təsirindədir"
ABŞ Rodrigezə qarşı sanksiyaları ləğv edib
AFFA rəsmisi: "Bəzən millilərə tapşırılmış oyunçular çağırılır"
Əli Əkbər Vilayəti: “Hörmüz boğazı ABŞ, İsrail və onların tərəfdarlarına açılmayacaq”
İSA NƏCƏFOV ELƏ SİRLƏRİ AÇDI Kİ... - Sensasiyalı MÜSAHİBƏ
Əli Əsədov: "Zəngəzur dəhlizi bütün türk dünyasının birləşdirilməsi üçün strateji əhəmiyyətə malikdir"
Mərkəzi Bankı uçot dərəcəsi barədə qərar qəbul edib
Şirvanşah modeli: kiçik dövlətin böyük strategiyası...
Bakıda ər-arvad bıçaqlanıb - Övladları saxlanılıb
AHİK YÜKSƏK VƏZİFƏ SAHİBLƏRİNİN MÜAVİNƏTİNİ KƏSDİ: məmurlara hər ay 172 manat verilirmiş... - Sahib Məmmədov kimlərin pulunu kəsib?
BƏƏ İran vətəndaşları ilə bağlı açıqlama yaydı
DOST TV-nin 2 yaşı tamam olub
Tramp İranın neft bazalarını vurmaqla hədələdi, müharibənin bitmə vaxtını açıqladı – “ABŞ-ın Hörmüz boğazına ehtiyacı yoxdur, Rusiya və Səudiyyə…”
Cəlilabadda 85 yaşlı kişi evdə yanaraq ölüb
Azərbaycan nefti 130 dollara satılır
Türk futbolçu İtaliyada “yüksələn ulduz” seçildi
İran İsrailə növbəti zərbə endirib - Yeni nəsil raketlərlə
İran Ordusu: “Daha bir MQ-9 Xomeyndə vurulub”
Cevdet Yılmaz Azərbaycana gəlib
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama