"İlham Əliyev tarixdə ilk adamdır ki, ermənilərin aldığı yerləri qaytardı" - Rasim Balayev
10-08-2023 [13:18]
Dövlət başçısı İlham Əliyevlə görüşən tanınmış aktyor və xalq artisti Rasim Balayev aldığı mükafatdan və ona yönəldilən tənqidlərdən danışıb.
Mia.az xəbər verir ki, görüş təəssüratları ilə bağlı Gununsesi.info–ya açıqlama verən Balayev dövlət başçısı İlham Əliyevə bu mükafata görə təşəkkürünü bildirib: “Ürəyimdən keçən səmimi sözləri dedim ona. Yəni, Azərbaycan kinosunun vəziyyəti o qədər də, yaxşı deyil. Biz borcluyuq ki, böyük qələbələrimizi ekrana daşıyaq. Prezident təşəbbüsü dəstəklədi”.
Aktyor Balayev söyləyib ki, çoxlu sayda şəhidlərimiz və qəhrəmanlarımızla bağlı kino çəkilməli və bunlar gənc və sonrakı nəsillərə təqdim edilməlidir.
“Biz borcluyuq. İnşAllah, bu borcumuzdan çıxmaq istəyirik. Allah bizə yar olsun”, deyə Balayev vurğulayıb.
İlham Əliyevi Babəklə müqayisə etməsinə görə, tənqidçilərinə isə Rasim Balayev belə deyib:
“Oradan qaçan, çıxan, döşünə döyən adamlar – hamımız Qarabağdan əlimizi üzmüşdük. Bu adam getdi oranı aldı. Bu gün mən ağlıma gəlmirdi. Mən bir sərkərdə və baş komandan kimi dedim ki, bu günün Babəki sizsiniz. Ermənilər aldıqları yerlərimizi heç vaxt qaytarmayıblar. İlk adam idi ki, onların aldığı yerləri qaytardı. Mən bir simvolik mənada dedim. Qəhrəman necə olur? Belə olur da!”.
Balayev bildirib ki, Babəklə bağlı həmin sözləri dövlət başçısına heç bir yaltaqlıq olmadan söyləyib: “Heç bir yaltaqlıq olmadan, iç səmimiyyətimlə, qəlbdən gələn söz olaraq dedim. Kimin xoşuna gəlmirsə, özü bilər. Ancaq bu gün camaatı oraya köçürür. Heç kimin ağlına gəlmir ki, laçınlı gedir, orada yaşayır. Bu adam orada böyük işlər görür. Günü-güzəranı oradadır. Hanısa sərin yerdə bu a dam gedib keyf edə bilərdi. Bunu qiymətləndirmək camaata xoş gəlmir ki?!”.
Akif İslamzadə ilə bağlı eyni gündə doğulduqlarını söyləyən aktyor Rasim Balayev onun xalqın qəlbində yer aldığını bildirib(Gununsesi).
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb