Taleh Qaraşovun müəmmalı tender oyunu - Qalib şirkətlə bağlı maraqlı xəbərlər var
07-08-2023 [12:48]
Lənkəran Şəhər İcra hakimiyyəti “Lənkəran şəhər ərazisi üzrə yaşayış sahələrinin fasad və giriş hissələrində aparılacaq bir sıra işlərin satın alınması” ilə bağlı tenderə yekun vurub.
Mia.az Qaynarinfo-ya istinadla xəbər verir ki, tenderin qalibi “Topxana Layihə İnşaat” MMC qalib seçilib. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 228.861,77 AZN-dir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Topxana Layihə İnşaat” MMC 17 aprel 1996-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 110 010 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Cavanşir küçəsi, ev 27, mənzil 39-da yerləşir. MMC-nin qanuni təmsilçisi Ələkbərov Fuad Vaqif oğludur.
“Topxana Layihə İnşaat” MMC 2021-ci ilədək RRT LTD Firması adı altında fəaliyyət göstərib. Maraqlıdır ki, bu şirkətin qeydiyyata alınma tarixi ilə “Topxana Layihə İnşaat” MMC-nin qeydiyyata alınma tarixi arasında ziddiyyət var. Reyestr məlumatlarında görünür ki, RRT LTD Firması 2007-ci ildə qeydiyyata alınıb. 2021-ci ildə isə adı dəyişdirilərək “Topxana Layihə İnşaat” MMC qoyulub. Əgər “Topxana Layihə İnşaat” MMC RRT LTD Firmasının varisidirsə və sözügedən firma 2007-ci ildə qeydiyyata alınıbsa, o zaman necə olur ki, “Topxana Layihə İnşaat” MMC-nin 1996-cı ildə qeydiyyata alınır?
Bu sualın cavabı açıq qalır.
Dövlət satınalmalarının elektron portalında yerləşdirilən məlumatlara nəzər saldıqda “Topxana Layihə İnşaat” MMC-nin tenderlərdə fəal iştirak etdiyi aydın olur. Maraqlıdır ki, şirkət əsasən iri məbləğli tenderlərin qalibi olur.
“Topxana Layihə İnşaat” MMC Naxçıvan nümayəndəliyi də var. Amma nədənsə uzun illərdir fəaliyyə göstərən, iri məbləğli tenderlərin qalibi seçilən, hətta Naxçıvan nümayəndəliyi olan şirkət barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur. Şirkətin əlaqə telefonlarına və internet səhifəsinə də rast gəlinmir.
Şirkətin bu günə qədər Fuad Ələkbərov da daxil dörd nəfər təmsil edib. MMC-nin ilk qanuni təmsilçisi Talıbov Cavanşir Rəşid oğlu, ondan sonra Babayev Asim Kamal oğlu olub. Asim Babayevi Bayramov Əli Kamal oğlu əvəzləyib. Əli Bayramov cari ilin iyun ayında Fuad Ələkbərovla əvəzlənib.
“Topxana Layihə İnşaat” MMC 2023-cü ilin iyun ayına qədər 10 manatlıq nizamnamə kapitalı ilə fəaliyyət göstərib. İyunda nizamnamə kapitalının üzərinə 110 000 AZN əlavə edilib.
Lənkəranda görüləcək işlərə gəlincə, şərtlər toplusunda aydın olur ki, söhbət fasadın rənglənməsi, taxta qapıların sökülməsi, pilləkanların, tavan və meydançaların əhənglə rənglənməsi, dəmir qapılar qoyulması və s. bu kimi xırda təmir işlərindən gedir.
Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovdur. O, 2012-ci ildən bu vəzifədədir. Ümumiyyətlə isə Taleh Qaraşov ən uzun ömürlü icra başçılarından hesab edilir. O. 27 ildir ki, icra başçıcı vəzifəsi daşıyır. Taleh Qaraşov 1996-2002-ci illərdə Kürdəmirin, 2002-2006-cı illərdə Cəlilabadın, 2006-2011-ci illərdə Neftçalanın, 2011-2012-ci illərdə isə Astaranın icra başçısı olub.
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb