POLKOVNİKİN "GENERAL OVU" və ya DÖVLƏT XİDMƏTİNDƏ NƏ BAŞ VERİR? - Üzeyir Cəfərov yeni rəisi "topa tutdu"
01-08-2023 [17:55]
“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əvvəlki kimi güc strukturlarının birində, yəni ölkənin ən böyük güc strukturu olan Müdafiə Nazirliyinin səfərbərlik xidmətində olsaydı, daha yaxşı olardı”.
Mia.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.
O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) başlayan silsilə ixtisarların pərdəarxası məqamlarına toxunub.
Xatırladaq ki, son dövrlər SHXÇDX-nin bir sıra rayon şöbələrində aparılan əməliyyat tədbirləri nəticəsində qurumun rayon şöbələrinin rəisləri həbs edilib.
Ü. Cəfərov xatırladıb ki, əvvəllər hərbi komissarlıqlar Müdafiə Nazirliyinin tabeliyində idi: “Sonradan Azərbaycanda bəzi şəxslər danışaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini yaratdılar. Əvvəlki dönəmdə burada bir general-mayor idi. Müstəqillik dövründə onu general-leytenant etdilər. Bizdə isə müstəqillik dövründə 2 adam olub. Əbülfəz Qasımov və Əliağa Hüseynov. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaranandan sonra bu quruma general-leytenant Arzu Rəhimov təyin olundu. 44 günlük savaşdan sonra isə o general-polkovnik rütbəsi aldı”.
Polkovnikin fikrincə, bu gün bu boyda quruma ehtiyac yoxdur: “Təsəvvür edin ki, Çağırış Baş İdarəsi rəisi, Kadrlar Baş İdarəsi rəisi və digər şöbələrin rəhbərlərinin hamısı general-mayordur. Amma xidmətin rəisi ehtiyatdan çağırılmış polkovnik Mürsəl İbrahimovdur. Onun 4 general-leytenant müavini var. Doğrudur, onun müavinlərdən biri, general-leytenant Zaur Abdullayev vəzifəsindən azad olunub, lakin onun 3 müavini general-leytenantdır. Hələ bu gün açıqlanıb ki, Təşkilat Nəzarət Baş İdarə rəisi polkovnik Famil Aslanov, Maddi-Texniki Təminat Baş İdarə rəisi polkovnik Anar Əliyev və Səfərbərlik Baş İdarə rəisi polkovnik Vəli Rzayev tutduğu vəzifələrdən azad olunub, sərəncama götürülüb”.
“Diqqət yetirdinizsə, qurumun İctimaiyyətlə Əlaqələr və Beynəlxalq Münasibətlər şöbəsinə yeni rəis təyin olunub; “Kapital Bank”ın mətbuat xidmətindən gətirilmiş Pərviz Sədrəddinov. Bu adamın, ümumiyyətlə, səfərbərliklə heç bir əlaqəsi olmayıb və anlayışı yoxdur, lakin xidmətə polkovnik rütbəsi ilə gətirilib. Mənim ona şəxsiyyət kimi böyük hörmətim var, amma sabah məni oraya rəis təyin etsələr, deməli, hamısını vəzifədən çıxarıb dost-tanışı salmalıyam? Belə yanaşma kökündən yanlışdır.
İndi qurumda yeniliklər yaradılıb. Yaxşı, sabah xidmət rəisi başqa ölkəyə gedibsə, İctimaiyyətlə Əlaqələr və Beynəlxalq Münasibətlər şöbəsinin rəisi də onunla getməlidir. Bu adam 3 gün ezamiyyətdə olacaqsa, işlər dayanmalıdır?”, – əlavə edib.
Ü. Cəfərov söyləyib ki, bu gün Azərbaycanda struktur islahatı adı altında uğursuz işlər həyata keçirilir:
“Bu gün Pərviz Sədrəddinov deyir ki, baş idarələr ləğv olunmayıb və yeni rəislər təyin olunacaq. Fərqi nədir? Dünən general-mayor Çingiz Kiçikbəyov idisə, bu gün onun yerində Məmməd Məmmədov ola bilər. Bu kimi qurumlar dövlət büdcəsinə çox ağır yükdür. Azərbaycan balaca ölkə olduğuna görə ölkədə neçə generalın və admiralın olduğunu hamı bilirdi. Bu gün isə generalların sayı az qala Çin Xalq Respublikası ordusunun generallarının sayı qədərdir.
Hesab edirəm ki, burada Silahlı Qüvvələrin məvacibi artırmaq, əvəzində məmur ordusunu azaltmaq lazımdır. O qurumun yarısını ixtisara salsan, orada xidmət edənlərin məvacibini 2 dəfə artırmaq olar və bu, büdcəyə də yük olmaz. Kompüter əsrində bu cür vəzifələrə nə ehtiyac var?”.
“O ki qaldı həbslərə, hərbi komissarlıqlardan qalan köhnə vərdişlər bu gün də davam edir. Dünən və bu gün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Cəlilabad və Tərtərdə əməliyyatlar həyata keçirib. Bu, Cəlilabadda son illərdə baş verən 3, ya da 4-cü səs-küylü həbslərdir. Xatırladım ki, orada 2 icra başçısı həbs olunsa da, korrupsiya davam edir. Eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində əvvəllər də rüşvət var idi, bu gün də rüşvət var, sabah da olacaq. Çünki Azərbaycan cəmiyyətində bununla yetərincə mübarizə aparılmır.
Mən yeni rəisi də başa düşürəm. O, indi Arzu Rəhimovdan qalan kadrları çıxarıb təzə bir nəfəri Kadrlar Baş İdarəsi rəisi Azad Əliyevin yerinə təyin edəcək. Ona da gələn ilin fevralında general veriləcək. Eləcə də digər qurumlarda da belə olacaq. Həmin o generallar bu gün ehtiyatda, yaxud istefada olanda, o məvacibi alırlar. Müvafiq şəxslər və qurumlar bunu fikirləşməlidirlər ki, büdcəni dağıtmaq olmaz. Büdcənin hər qəpiyi məqsədyönlü şəkildə istifadə olunmalıdır.
Bir sözlə, şəxsən səlahiyyətlərim çərçivəsində olsaydı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini ixtisara salıb, onu Müdafiə Nazirliyinə, yaxud digər güc strukturunun tərkibində balaca bir xidmət formasında yaradardım. Çox işlər görülməlidir bu sahədə. Bu, vahid bir xidmətdir, lakin xidmətin təşkili yanlışdır. Azərbaycanın büdcəsini bu formada israf etmək olmaz”, – müsahibimiz fikirlərini tamamlayıb.
P.S. Xatırladaq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 5 Baş İdarəsinin rəisləri avqustiun 1-də tutduqları vəzifədən azad olunub və hazırda Xidmət rəisinin sərəncamına götürülüb.
Bu barədə Xidmətin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov açıqlama verib.
O bildirib ki, həmin Baş İdarələr ləğv olunmayıb.
Vəzifəsindən azad olunan idarə rəisləri aşağıdakılardır: Çağırış Baş İdarə rəisi general - mayor Çingiz Kiçikbəyov, Kadrlar Baş İdarə rəisi general-mayor Azad Əliyev, Təşkilat Nəzarət Baş İdarə rəisi polkovnik Famil Aslanov, Maddi-Texniki Təminat Baş İdarə rəisi polkovnik Anar Əliyev və Səfərbərlik Baş İdarə rəisi polkovnik Vəli Rzayev.
MİA.AZ
Dövlət Agentliyi və Maliyyə Nazirliyindən Qərbi Kaspi universitetindəki qalmaqala - Reaksiyalar (AÇIQLAMALAR)
Ədliyyə naziri "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
DÇ-2026: Türkiyə yığmasının oyun təqvimi dəyişdi – SİYAHI
80 yaşlı Luçesku ilə bağlı qərar verildi
Müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır - ŞƏRTLƏR
Xəzər Dəniz Neft Donanmasının rəisi vəzifədən azad edilib
Xanım sürücü “Range Rover”i yolda aşırdı - VİDEO
Pomidorun qiyməti niyə bahadır? - AÇIQLAMA
Bakıda məktəbli qızın meyiti tapılıb
Tofiq Yaqublu barəsində daha bir qərar verildi - Məhkəmə prosesi
"Vitse-spikerin köməkçisi deyiləm"
"Beşiktaş" "Fənərbağça" derbisinə hazırlaşır
Rusiya Ermənistana açıq xəbərdarlıq edir: “Bu addımlar suallar doğurur” – “Metsamor”un istismar müddəti isə...
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul edib - MÜHİM MESAJLAR + FOTOLAR (YENİLƏNİB)
Nizami Kino Mərkəzinin binasına zərər vurulub - FOTO
Bakıda TDT üzv dövlətlərin rəsmilərinin görüşü olub - BİRGƏ BƏYANAT VERİLDİ (YENİLƏNİB)
"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir, bu mənada..." - AKİ-yə kim sədrlik edir?
İzmirdə İŞİD-ə qarşı əməliyyat: 9 nəfər qandallanıb
Sabahın hava proqnozu açıqlandı
ABŞ ordusu İranda uranı ələ keçirmək üçün əməlyyata hazırlaşır? - “Washington Post” yazır
Bərdə bazarında nöqsan aşkarlanıb - Yoxlama keçirilib
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb - Açıqlama + VİDEO
Kəlbəcər şəhərinə növbəti köç olub
Prezident İlham Əliyev Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - MÜZAKİRƏ + FOTO
ABŞ prezidenti Makronu rüsvay elədi: "O, hələ də çənəsinə ilişdirilən şapalağın təsirindədir"
ABŞ Rodrigezə qarşı sanksiyaları ləğv edib
AFFA rəsmisi: "Bəzən millilərə tapşırılmış oyunçular çağırılır"
Əli Əkbər Vilayəti: “Hörmüz boğazı ABŞ, İsrail və onların tərəfdarlarına açılmayacaq”
İSA NƏCƏFOV ELƏ SİRLƏRİ AÇDI Kİ... - Sensasiyalı MÜSAHİBƏ
Əli Əsədov: "Zəngəzur dəhlizi bütün türk dünyasının birləşdirilməsi üçün strateji əhəmiyyətə malikdir"
Mərkəzi Bankı uçot dərəcəsi barədə qərar qəbul edib
Şirvanşah modeli: kiçik dövlətin böyük strategiyası...
Bakıda ər-arvad bıçaqlanıb - Övladları saxlanılıb
AHİK YÜKSƏK VƏZİFƏ SAHİBLƏRİNİN MÜAVİNƏTİNİ KƏSDİ: məmurlara hər ay 172 manat verilirmiş... - Sahib Məmmədov kimlərin pulunu kəsib?
BƏƏ İran vətəndaşları ilə bağlı açıqlama yaydı
DOST TV-nin 2 yaşı tamam olub
Tramp İranın neft bazalarını vurmaqla hədələdi, müharibənin bitmə vaxtını açıqladı – “ABŞ-ın Hörmüz boğazına ehtiyacı yoxdur, Rusiya və Səudiyyə…”
Cəlilabadda 85 yaşlı kişi evdə yanaraq ölüb
Azərbaycan nefti 130 dollara satılır
Türk futbolçu İtaliyada “yüksələn ulduz” seçildi
İran İsrailə növbəti zərbə endirib - Yeni nəsil raketlərlə
İran Ordusu: “Daha bir MQ-9 Xomeyndə vurulub”
Cevdet Yılmaz Azərbaycana gəlib
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”