"MİDA-dakılar da oğurlamağı, talamağı başqa yollarla öyrəniblər" - Ekspertdən sərt açıqlamalar
31-07-2023 [17:45]
Xəbər verdiyimiz kimi, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Bakının Yeni Yasamal və Hövsan qəsəbələrində, eləcə də Gəncə şəhərində güzəştli satışa çıxarılan ümumilikdə 1 189 mənzilin seçim prosesi başa çatıb. Bu dəfə də MİDA tənqid hədəfinə tuş gəlib. Əvvəlki illərdə olduğu kimi, şikayətlərin ardı-arası kəsilmir. Qurum bütün halların araşdırılacağı barədə açıqlama versə də, bu, narazı kütləni sakitləşdirməyib. Sosial şəbəkələrdə müzakirələr zamanı bir çox iştirakçı son səhifədə evlərin siyahısı açılanda sistemin donduğunu qeyd edib. Onların sözlərinə görə, saniyələr ərzində Hövsan, Yasamal və Gəncə layihələrində satışlar bitib. Mənzillərin siyahısı açılsa da, heç birinə giriş edə bilməyiblər, həmişəki kimi son mərhələdə sistem yenilənib, bu isə iştiraçıların geriyə qayıdıb seçim etmə şanslarını əllərindən alıb. Sistem açılır, siyahıda mənzillər var, lakin seçə bilmirsiniz. Qəfil bildiriş gəlir ki, sizin seçdiyiniz mənzil artıq tutulub. MİDA tərəfindən şəffaflığın təmin edilmədiyini deyən iştirakçıların çoxu video faktlarla aidiyyəti dövlət qurumlarına müraciət edəcəklərini bildiriblər.
Bu barədə Pravda.az-a fikirlərini bölüşən hüquqşünas Əkrəm Həsənov deyib ki, artıq neçənci dəfədir, MİDA güzəştli mənzilləri satışa çıxaranda sistemin donduğu, mənzillərin tez satıldığı kimi şikayətlər eşidilir.
“Bu, ona işarədir ki, müəyyən dələduzluq halları var. Bunu başqa cür izah etmək olmur. Bildiyim qədəri ilə, əvvəllər də hüquq-mühafizə orqanları onların bu fəaliyyətlərini nəzarətə götürüb. Ümumi yanaşmam belədir ki, Azərbaycanda bəzi məmurlar oğrudur, dələduzdur, korrupsionerdir, rüşvətxordur. Bu, faktdır və bunu bütün Azərbaycan xalqı bilir. Sadəcə, çox vaxt onların əməllərini geniş xalq görmür. Amma harada ki yeni informasiya texnologiyalarının tətbiqi tələb olunur, orada bunların iç üzü dərhal görünür. Heç də fikirləşməyək ki, MİDA-da çalışanlar pisdir, o birilər yaxşı. Sadəcə, o birilərə qarşı belə şəffaflıq tələbləri yoxdur deyə görmürük. MİDA-dakı bədbəxtlərin başına isə iş gəlib. Onlara deyiblər ki, satışı məhz bu formada etməlisiniz, bunlar da savadsızdırlar axı… Onsuz da Azərbaycanın bəzi məmurları savadsızdır. MİDA-dakılar da oğurlamağı, talamağı başqa yollarla öyrəniblər, bu cür texnologiyalara alışmayıblar. Bilmirlər, necə etsinlər ki, heç kim görməsin, bilməsin. Ona görə də bütün zibilləri tam çılpaqlığı ilə üzə çıxır, xalq da görür ki, bunlar orada nə edirlər. Bu gün hansı sahələri faktlarla tənqid edə bilirik? Harada ki məlumat şəffafdır. Məsələn, deyirik ki, dövlət satınalmalarında korrupsiya, oğurluq, rüşvət, “şapka” var. Niyə? Çünki qanun var, tələb edir ki, məlumatlar sistemdə olmalıdır, amma məlumatlar yoxdur. Biz də deyirik ki, “aha, deməli, nəsə baş verib…” Bu tələblər olmasaydı, məgər baş verənləri görərdik? Yox. Eynilə MİDA-nın güzəştli mənzil satışı da. Bu, bir daha göstərir ki, biz dövlətdən, hökumətdən tələb etməliyik, bütün sahələrdə şəffaflıq olsun, informasiya texnologiyaları tətbiq edilsin. 2005-ci ildən Azərbaycanda məmurların öz gəlirlərini bəyan etməsi haqqında qanun var, indiyə qədər Nazirlər Kabineti bu qanunun icra mexanizmini təsdiq etməyib. Bu ilin aprel ayında icra mexanizmini özüm hazırlayıb, Kabinetə göndərmişəm ki, təsdiq edin. Etmirlər. Çünki şəffaflıqdan qorxurlar. Təsəvvür edirsiniz, bu gün məmurlar öz gəlirlərini bəyan etməyə başlasalar, onlara qarşı bizdə nə qədər sual çıxacaq? Elə buna görə yayınırlar. MİDA-da baş verənlər də bununla bağlıdır. Qanun, qayda şəffaflıq tələb edir, bunlar da öz savad, bacarıq və qabiliyyətlərinə görə tam oğurluq edə bilmirlər. Hər şey üzə çıxır. Təklif edirəm ki, MİDA-da hamını işdən çıxarmaq, kadrları dəyişmək lazımdır. Eyni zamanda İctimai Şura MİDA-nın fəaliyyətinə nəzarət etməlidir. Şəffaflıq azdır, gərək, ictimai nəzarət də olsun. İnkişaf etmiş ölkələrdə bu var. Dövlətin güzəştli vəsaiti xərclənirsə, o idarətmə orqanında mütləq müstəqil şəxslərdən ibarət İctimai Şura olmalıdır ki, nəzarət etsinlər. Etməyəndə, belə hallar olur…”- Ə.Həsənov deyib.
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır