Torpaq sahəsi və evlərin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması - Yeni rüsumlar tətbiq olunacaq (SİYAHI)
31-07-2023 [18:02]
Tarif (Qiymət) Şurası daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətlərinin tariflərinin tənzimlənməsi barədə qərar qəbul edib.
Mia.az xəbər verir ki, qərara əsasən, daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətlərinin tarifləri təsdiq edilib.
Qərara əsasən, Azərbaycanda torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üzrə yeni xidmət tarifləri müəyyən olunub.
Belə ki, kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə 5 manat, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları üzrə 30 manat, digər torpaq sahələri (sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə və su fondu torpaqları, ehtiyat fondu torpaqları) üzrə 50 manat tarif müəyyənləşdirilib.
Tarif (qiymət) Şurasının iclasında daşınmaz əmlak sahəsində göstərilən digər xidmətlər üzrə də tariflər təsdiq edilib.
Bundan başqa, çoxmənzilli yaşayış binalarının inventarlaşdırılması üzrə tariflər hər bir kv.m üçün çoxmənzilli binanın yerləşdiyi zonadan asılı olaraq 46-49% azaldılıb. İlkin və təkrar texniki inventarlaşdırılma və sifarişlə həyata keçirilən yerquruluşu işləri üçün tarif çoxmənzilli yaşayış binalarının ümumi sahəsinin hər 1 kv.m üçün 0,65 manat səviyyəsində müəyyən edilib. Bu tənzimləmə ilkin mənzil bazarının canlanmasına töhfə verəcək.
Mənzillər üzrə isə bu tariflər sahəsi 50 kv.m-dək (50 kv.m daxil) olduqda Bakıda 40 manat, Abşeron, Sumqayıt və Gəncədə 35 manat, digər şəhər və rayonlarda 30 manat təşkil edir. Yaşayış fondunun sahəsi 50 kv.m-dən çox olduqda isə hər əlavə 1 kv.m üçün anoloji olaraq 0,40, 0,32 və 0,30 manat əlavə edilir.
Əmlakın olub-olmamasına dair arayışın verilməsi üzrə xidmət haqqı əvvəlki tarifdə 1 yaşayış təyinatlı əmlak üçün 10 manat, qeyri-yaşayış təyinatlı əmlak üçün 50 manat nəzərdə tutulmuşdursa, yeni tarifdə əmlak sayı (təyinatından asılı olmayaraq) 10-dək olduqda 10 manat və 10-dan artıq olduqda isə, hər əlavə əmlak üçün 2 manat xidmət haqqı müəyyənləşdirilib.
Daşınmaz əmlakın bütün qeydiyyat əməliyyatlarında dövlət reyestrindən məlumatların yoxlanılması və reyestrə məlumatın daxil edilməsi üzrə xidmət haqqı qeyri-yaşayış təyinatlı obyektlər üçün dəyişdirilmədən 120 manat məbləğındə saxlanılıb, yaşayış təyinatlı əmlaklar üçün 30 manatdan 36 manata qədər olmaqla müəyyən edilib.
Daşınmaz əmlakın təkrar texniki inventarlaşdırılması, daha əvvəl inventarlaşdırma aparılmış daşınmaz əmlak obyektinə münasibətdə xidmət haqqı tariflərə 0,2 əmsalı tətbiq edilməklə, lakin minimum məbləğ 30 manatdan az olmamaqla hesablanır.
Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və başqasına keçməsi ilə bağlı daşınmaz əmlak barədə məlumatların yoxlanılması və dövlət reyestrinə daxil edilməsi tarifi 120 manat olaraq təsdiq edilmişdir. Mənzillər, fərdi yaşayış evləri və kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə 0,3 əmsal tətbiq olunur.
Kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində müvəqqəti istifadə, icarə və digər hüquqlar dövlət qeydiyyatına alındıqda (müddəti 10 ilədək olan müqavilələr üzrə) 10 manat xidmət haqqı tətbiq olunur.
Bu qərar avqustun 14-dən qüvvəyə minir.
Siyahı və yeni rüsumlarla buradan tanış ola bilərsiniz:
http://tariff.gov.az/documents/%C6%8Fmlak-%C6%8Flav%C9%99%20(31.07.2023).pdf
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır