Akademiya "Nurgün Motors"dan yeni maşınlar alır

img

31-07-2023 [09:45]


Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) Nəqliyyat vasitələrinin 2023-cü il üçün servis xidmətinin təşkili işinin satınalınması ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.

Məlumata görə, sözügedən tenderin qalibi "Nurgün Motors" MMC olub. Tərəflər arasında 45.021,72 AZN-lik müqavilə imzalanıb.

Bildirək ki, nizamanmə kapitalı 400 AZN olan "Nurgün Motors" MMC-nin icraçı direktoru Surxay Əhmədovdur.

"Nissan”, "Ford”, "Renault”, "İnfiniti” markalı avtomobillərin satışı ilə məşğul olan "Nurgün Motors" şirkətinin sahibi iş adamı Nuru Əliyevdir.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru isə Fuad Hacıyevdir(32gun.az)


Digər xəbərlər
SON XƏBƏRLƏR