SOCAR-ın yeni vitse-prezidentləri... - Mikayıl Cabbarov onlara tapşırıqlar verdi (FOTO)
29-07-2023 [22:39]
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) təyin olunan vitse-prezidentlərlə görüş keçirilib.
Mia.az SOCAR-a istinadən xəbər verir ki, göstərilən yüksək etimada görə Azərbaycan Prezidentinə minnətdarlığını ifadə edən SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf yeni təyinatları münasibətilə vitse-prezidentləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar diləyiblər.
M. Cabbarov ölkə başçısı tərəfindən qarşıya qoyulan tapşırıq və göstərişləri rəhbər tutaraq, bundan sonra da əzmlə çalışmağın vacibliyini vurğulayıb.
Nazir SOCAR-ın Müşahidə Şurasının son iclasında şirkətin idarəetmə strukturunun təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üzrə yeni əməliyyat modelinin təsdiqləndiyini, şirkətin təşkilati strukturunun və daxili proseslərinin inkişaf etdiriləcəyini diqqətə çatdırıb.
M.Cabbarov, eyni zamanda, yeni əməliyyat modelinin SOCAR-da korporativ idarəetmə proseslərinin təkmilləşdirilməsinə, biznesin dayanıqlılığına və korporativ mədəniyyətin növbəti inkişaf mərhələsinə çatdırılmasına xidmət edəcəyini qeyd edib.
SOCAR-ın yeni təyin olunan vitse-prezidentləri çıxışlarında onlara göstərilən yüksək etimada görə, Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Xatırladaq ki, dünən Prezident İlham Əliyev SOCAR-ın daha 5 vitse-prezidentini vəzifələrindən azad edib.
Mia.az xəbər verir ki, müvafiq sərəncamlarla Yaşar Aydın oğlu Lətifov, Bədəl Şamil oğlu Bədəlov, Süleyman Mehrəli oğlu Qasımov, Xalik Rəfi oğlu Məmmədov və Daşqın Ələm oğlu İskəndərov yola salınıblar.
Digər sərəncamlarla Arzu Sahib qızı Cavadova, İsmayıl Fikrət oğlu Zərgərli, Ziba Tacəddin qızı Mustafayeva, Babək Elbəniz oğlu Hüseynov, Əfqan Elçin oğlu İsayev, Anar Fərruh oğlu Məmmədov və Fuad Bəkir oğlu Musayev SOCAR-ın vitse-prezidentləri təyin edilib.
Zülfiyyə
MİA.AZ
Bələdiyyə seçkiləri: namizədlərin qeydə alınması nə vaxt başlayacaq?
Avropa Liqası: "Fənərbağça"nın heyəti müəyyənləşib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş"ın prezidenti istefa verdi
"Yelo Bank"ın əməkdaşı saxlanılıb
Bərdədə avtomat silahını satmaq istəyən şəxs həbs olunub
REKTOR VƏZİFƏDƏN ÇIXARILDI - Sərəncam
Bu sahələrdə işləyənlər vergidən azad olunur - SİYAHI
5 maşına 455 min manat? - Dövlət Xidməti qanunu pozan BŞİH-in departamentinin tenderini ləğv etdi
Növbəti iki gündə yağış yağacaq - Xəbərdarlıq
Oğurlanan tarixi əsər Ankarada tapılıb - FOTO
Sabiq deputata 3 otaqlı mənzil verildi - Açıqlama
Noyabrda... Cəbrayıla yaz gəlib! - 31 İL UZANAN SƏFƏR
Bakıda beynəlxalq oyun festivalı keçiriləcək
Gömrük tarifləri dəyişib
"Trabzonspor" "Şalke 04"ün futbolçusunu alır
DSMF-nin 2025-ci il üçün büdcə layihəsi qəbul olunub
Sabahın hava proqnozu açıqlandı
“Azərbaycanlıların ənənəvi xalq təbabəti” adlı kitab işıq üzü görüb
Sədr müavini Hikmət Məmmədov niyə vəzifədən azad olunub? - QHT sədrinin siyasi iddiası, yoxsa...?
Deputatdan xanımını vəzifəyə təyin etməsinə - Reaksiya
"Yapı Kredi Bank" Bakıda bir ailəni evsiz qoydu - Ali Koça məxsus bank xəbərsiz bunu necə edib? (Rəylər)
Vasif Talıbovun oğlu özü geri çəkilib? - Nazirlikdən açıqlama
İvanişvili Gürcüstanın prezidenti kimi onu görmək istəyir - Namizədin adı açıqlandı (FOTO)
"Qurtuluş 93”ün rəhbərinə 12 il 8 ay həbs cəzası kəsilib
Türkiyənin 11 bölgəsində FETÖ əməliyyatı: 22 saxlanılıb
Naxçıvanda daha bir federasiya fəaliyyətini dayandırıb
Yazar Zümrüd Yağmur axtarışa verildi - Səbəb
Azərbaycan nefti bahalaşdı
Əli Əsədov qərar imzalayıb
İSRAİLLƏ LİVAN ARASINDA ATƏŞKƏS SAZİŞİ İMZALANDI: şərtlər bəlli oldu - Bu gün saat 6-dan razılaş.ma qüvvəyə minib
Bakıda 21 yaşlı qız dəm qazından boğularaq ölüb
Türk kəşfiyyatı yəhudi dindarın qatillərini qandalladı - Özbəklər İstanbulda necə həbs olunub?
İSRAİLLƏ HİZBULLAH RAZILAŞIB? - BMT rəsmisi "Artıq atəşkəs üçün fürsət yaranıb" deyir
Azərbaycanlı avtoritet Rusiyada döyülüb - Təfərrüat