Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
29-07-2023 [00:09]
Qoç - çox əlverişli, sakit gündür. Qətiyyət və iradə ilə davransanız, məqsədlərə nail ola bilərsiniz. İntuisiyanıza güvənin. İşgüzar təmaslarda və şəxsi münasibətlərdə sərvaxt davranın. Qərarların qəbulunda müstəqil olun. Məsuliyyəti boynunuza götürməkdən qorxmayın.
Günün ikinci yarısında emosional fon əlverişlidir. Əhvalınız pis deyil. Xırda məsələlərə və kiçik detallara, sadəcə, fikir verməyin. Yaxşı perspektivlər vəd edən tanışlıqlar istisna deyil. Sizdə xoş hisslər yaradacaq insanlarla qarşılaşacaqsınız.
Buğa - mövqeyinizi müdafiə edin, maraqlarınızı qoruyun. Geri çəkilsəniz, problemlərlə üzləşəcəksiniz. Rəqib sizdən güclü, imkanlı və ya nüfuzlu olsa belə, mübarizəyə başlamaqdan çəkinməyin. İlkin problemlər sizi qorxutmasa, qələbə sizin olacaq. Yaxınlarınızla ünsiyyət, vacib saydığınız məsələlərin müzakirəsi üçün yaxşı gündür. Planlaşdırılmamış səfər xeyir verə bilər. Yollandığınız məkanda praqmat olun. Axşam saatlarında aktiv istirahəti seçin.
Əkizlər - uzun zamandan bəri sizi narahat edən problemi həll etmək olar. Amma çözüm prosesi başa çatmamış yeni problemlər yaranacaq. Təslim olmayın. Həll variantlarını tapmaq asan olmasa da, çətinliklərin öhdəsindən gəlin. Birmənalı olmayan situasiyalarda, ağır vəziyyətlərdə məntiqlə davranın. İntuisiyaya bel bağlamayın.
Dəyər verdiyiniz insanlarla ünsiyyətdə günün ikinci yarısında problemlər yarana bilər. Ünsiyyətdəki çətinlikləri aradan qaldırmağa çalışın. İşgüzar tərəfdaşınızın astagəlliyi maliyyə itkilərinə səbəb ola bilər. alış-verişdə bədxərclik etməyin.
Xərçəng - uzunmüddətli fəaliyyət planı hazırlamaq üçün əlverişli zamandır. Qarşınıza qoyduğunuz məqsədləri konkretləşdirin. Hədəfləri dəyişmək də olar. Yaşamınızda nəyisə köklü şəkildə dəyişməyə tələsməyin. Önəm verdiyiniz, dəyərli saydığınız nəsnələri itirməməyə çalışın. Maliyyə məsələlərində diqqətli olun. Alış-verişdə bədxərclik etməyin. Kredit götürmək fikrindən vaz keçin.
Günün ikinci yarısında yaşam potensialının səviyyəsi aşağı düşəcək. İfrat yorğunluğa imkan verməyin. Ağır fiziki işlə məşğul olmayın. Rasiona yenidən nəzər salın. Zərərli məhsul və təamlardan müvəqqəti də olsa, imtina edin.
Şir - qarışıq, laübəli, gərgin gündür. Lakin ümidsiz olmayın. İntuisiyanızın səsini dinləyin. Təhtəlşüurun sayəsində kobud səhvlərdən qurtularaq çoxdan bəri can atdığınız nəticələrə nail ola bilərsiniz. Yaxın ətrafınızdakı insanların çoxsaylı məsləhətlərini qulaqardına vurun. Bu adamlar əslində nə istədiklərini belə, bilmirlər.
Şəxsi münasibətlərdə təşəbbüskar olun. Yeni işlərə başlamaq olar. Amma ehtiyatlı olun, tələskənliyə yol verməyin. Maliyyə məsələlərində xüsusilə sərvaxt davranın. Kommersiya fəaliyyəti ilə məşğulsunuzsa, müsbət və mənfi yönləri hesablamağı bacarın.
Qız - günün ilk yarısında problemlər yarana bilər. Mənfi təmayüllərin təsiri şəxsi münasibətlərdə daha ciddi olacaq. Yaxınlarınız və ya qohumlarınızla müştərək biznesiniz varsa, çətinliklə qarşılaşacaqsınız.
Məqsədinizi dəyərləndirin. Şəxsi münasibətlərlə işgüzar maraqların qarışması yolverilməzdir.
Günün ikinci yarısında situasiyada müsbət irəliləyişlər olacaq. Özünüzü daha əmin, sakit hiss edəcəksiniz. Önəmli qərarlar qəbul etmək olar. İşgüzar səfər və ya səyahətlər pis alınmayacaq. Danışıqlar məhsuldardır.
Tərəzi - əlverişli, yaxşı gündür. Yeni imkanlar yaranır. Yaşamın bir sıra sahələrində yeniliklər ola bilər. İstənilən, hətta ən adi və rutin saydığınız işin görülməsi zamanı yaradıcı davranın, təxəyyülünüzü işə salın. Uzun müddətdən bəri sizi narahat edən problemi çözə bilərsiniz.
Günün ikinci yarısında dostlarla görüş pis keçməyəcək. Ailə üzvləri ilə təmaslarda səmimi olun. Alış-verişdə mebel, məişət texnikası, bahalı əşyalar almaq olar. Kommersiya əməliyyatları gəlir gətirəcək.
Əqrəb - pullarla ehtiyatlı olun. Borc varsa, qaytarın. Maliyyə məsələlərində sərvaxtlıq gərəkdir. Lazım olmayan və ya zərurət duyulmayan işlərə, məqsədlərə pul xərcləməyin. Genişmiqyaslı layihələrə başlamaq məsləhət deyil. Daha nüfuzlu və ya təcrübəli insanların kölgəsində qala bilərsiniz.
Günün ikinci yarısında yaxınlarınız və ya dəyər verdiyiniz insanlarla dil tapa bilərsiniz. Axşam saatlarını ailə üzvləri ilə keçirin. Romantik görüşdə səmimi olun. Anlaşılmazlıq və ya naqolay vəziyyətlər istisna deyil. Hiyləgərlik və ya fəndgirlik zamanı deyil.
Oxatan - gün mahiyyət etibarilə uğursuz olsa da, xoş məqamlardan xali deyil. Yaranan imkanlardan və yeni şanslardan istifadə edin. Uğurla bağlı ən kiçik şansın olduğu işi başa vurun. Dürüst olun. Yalan danışmamaq sizi uğura aparır.
Günün ikinci yarısında dostlarla ünsiyyətdə aktiv olun. Bilik və bacarıqlarınızı artırın, təmas çevrənizi böyüdün. Axşam saatlarında ən qəribə, gözlənilməz mənbələrdən faydalı informasiya ala bilərsiniz.
Oğlaq - əlverişli gündür. Mühüm saydığınız işlərdə çətinlik yaransa da, onu aradan qaldırmaq üçün maksimum səy göstərin. Fəqət, bilin ki, işləri nəzərdə tutduğunuz zamanda başa vurmaq mümkün deyil.
İşgüzar danışıqlar üçün münasib zamandır. İş yerini dəyişmək barədə düşünmək olar. Yeni tanışlarda özünüzlə bağlı xoş təəssürat yaratmaqla yanaşı, çalışdığınız insanları yanlış dəyərləndirməyin.
Axşam saatlarında nəzərdə tutulmamış səfər, səyahət ola bilər. Son vaxtlar darıxdığınız insanla görüş istisna deyil. Ailəvi tədbirlər, qonaq qəbul etmək üçün yaxşı zamandır.
Dolça - gərgin, hadisələrlə zəngin, mürəkkəb gündür. İşlər çoxdur, bəziləri maraqsızdır. Amma onlar mühüm və aktualdır. Yardımçıların sayı çox deyil. İlk əvvəl vaxt az, işlər çox olduğundan yorula bilərsiniz. Mühüm işləri ikinci dərəcəli məsələlərdən ayırın. Vaxtı və səyləri dürüst paylaşdırın.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Əhvalınız yaxşılaşacaq, yeni ideyalar peyda olacaq. Bəzi ideyaları reallaşdırmaq çətin deyil. Dəvət aldığınız tədbirdə maraqlı insanla tanış ola bilərsiniz.
Balıqlar - günün ilk yarısında kiçik çətinliklər və problemlər yaranacaq. Hisslərə qapılsanız, əhvalınız korlana bilər. Ruhdan düşməyin. Saatlar keçdikcə müsbət təmayüllərin təsiri artdığından işlərdə normallaşma müşahidə olunacaq.
Günün ikinci yarısı işgüzar danışıqlar və şəxsi münasibətlərdəki problemləri həll etmək üçün əlverişli zaman deyil. Axşam saatlarında səhhətinizin qeydinə qalın. Pəhrizə başlaya bilərsiniz. Zərərli vərdişlərdən əl çəkin. Məqsədə doğru ilk konkret addım ata bilərsiniz.
Milli.Az
Axios: "ABŞ və Rusiya START Nüvə Müqaviləsini yeniləyib
Mühasiblər “Bahalı səhvlər”i müzakirə edəcək - Vergi və Mühasibatlıq Zirvəsinə 600-dən yuxarı mütəxəssis qatılacaq
“Kəpəz”in futbolçularına nə qədər mukafat verib? - “Qarabağ”a vurulan qola görə xüsusi jest...
Türkiyədə keçmiş bələdiyyə sədri baltalandı
Almaniyada "Amazon" cəzalandırıldı - 59 milyon avroluq cərimə ilə
"Qurtuluş"un rəhbəri azadlığa buraxılmadı
Ədəbiyyat və tarix fənnlərini birləşdirmək cəhdi yanlışlıqdır - VAHİD TAĞIYEV YAZIR
Vəzifədən çıxarılan adam təkrar geri götürülüb və... - Nazirlikdən qanunsuzluq barədə açıqlama
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Aktyor Ufuk Özkan 8 saatlıq əməliyyatdan sonra ayıldı: "Bu qədər sevənimin olduğunu bilmirdim" (FOTO)
"Qarabağ" "Şamaxı"ya uduzub
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib - MƏTN
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - ONLARA BAKIDA ÖMÜRLÜK HƏBS CƏZASI VERİLDİ (YENİLƏNİB)
Mərkəzi Bankın valyuta ehtiyatı 2.5 milyard artdı - Bir həftə içində rekord yeniləndi
Yunanıstan Baş naziri Türkiyəyə gedir - Bu tarixdə
"Oğlum dedi ki, ata, məni öz darvazalarının qabağına apardı, vurub qaçdı aralığa" - Bıçaqlanan 7 yaşlı uşağın atası danışdı
Deputat: "Camaat neyləməlidir, donmalıdır?" - VİDEO
Qadın Liderlər Zirvəsində kimlər toplaşacaq? - “Bizim təşkil etdiyimiz Zirvədə səhnəyə çıxan hər kəsin hekayəsində bir “insanlıq” var”
AYNA-nın aynada görünən tenderləri - SİYAHI VƏ...
İcra başçısı biznesmen-məmuru özünə müavin götürdü
Naxçıvanın muxtariyyəti “de-facto” ləğv edildi, növbəti addım nə oacaq? - Partiya sədrindən açıqlamalar
Əkrəm Həsənov: "Camaatda axı pul yoxdur ki, manatı dollara çevirsin”
İcra başçısının müavinindən sonra qızı da vəzifədən çıxarıldı
"Beşiktaş" Amir Murillonu heyətinə qatır
Rusiya Kiyev və Xarkova ağır zərbələr endirib - Açıqlamalar
Rəsmi Moskva: "Ukrayna ilə danışıqlarda müsbət irəliləyiş var"
Daha bir azərbaycanlı Ukraynada həlak olub
"Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..." - Ceyhun Bayramov
Tehran Ankaranı masadan necə sildi? - TƏHLİL
Ağcabədidə azyaşlı uşağa bıçaq zərbələri vurulub (Yenilənib)
Xaçmazda qatar avtomobili vurub - Sürücü hadisə yerində ölüb
Sabah Bakıda yağış yağacaq
“By Fateh” müştərilərə saxta məhsullar verilirmiş - FOTOLAR
KLİNTON və ARVADI İFADƏ VERƏCƏK - Tramp sabiq prezidentin "Epşteyn işi"nə cəlbinə belə reaksiya verdi
Kamran Əliyev prokurorluğa yeni qəbuldan danışdı: "Kriminalistik bilikləri çox aşağıdır"
TƏBİB-in vəzifəli şəxsi barədə yeni iddialar yayıldı
Gömrük Akademiyası barədə sərəncam imzalandı
Ali Məhkəmənin sədri: "Etimad və şəffaflığın gücləndirilməsi..." - "Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir"
3 məktəbə direktor təyin edilib
Güclü külək Bakıda bir nəfərin ölümünə səbəb olub
Epşteyn işi və Qərb demokratiyasının iflası.. - TƏHLİL
AZAL-dan şikayət var - 3 kq artıq baqaja görə 70 avro?
İcra başçısının köməkçisi işdən çıxarıldı: Sərxoş halda... - Deputatın köməkçisi isə... + VİDEO, FOTO (YENİƏNİB)