"Ulduz"un iyul-avqust sayı çapdan çıxıb - FOTO
28-07-2023 [11:29]
"Ulduz" jurnalının iyul-avqust sayı işıq üzü görüb.
Mia.az xəbər verir ki, oxucular ilk olaraq Nigar Arifin özüylə söhbəti və şeirləri ilə tanış olacaqlar.
"Nəsr" rubrikasında Alpay Azərin "Hörüksüz qızın imtahanları", Məmməd Məmmədlinin "Zülmətdən doğan günəş", Könül Məmmədovanın "Möcüzələr diyarı", Murad Köhnəqalanın "Buğdanın göyə çəkilməsi", Mahir Rəsuloğlunun "Daltonikin etirafı", Vüsal Bağırlının "Köhnə avtomobil" hekayələri, Ayna Əhmədlinin "Ümidlərin yenidən doğulduğu gün-Zəfər günü", Arzu Muradın "Məktub" silsilə esseləri, eləcə də Bakı Dövlət Universitetinin tələbələri arasında keçirilmiş və görkəmli yazıçı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin anadan olmasının 115 illiyinə həsr edilmiş hekayə müsabiqəsi qaliblərinin ədəbi nümunələri yer alıb.
"Şeir vaxtı"nda isə Müşfiq Cəbinin, Firəngiz Sabirqızının, Ceyhunə Mehmanın, Rəşad Abidoğlunun, Qismət Məsimin, Təranə Dəmirin, Yusif Mürsəlin, Zahid Əzizin, Əziz Yaqubzadənin və Nuranə Təbrizin şeirləri təqdim edilir. Professor Cəlal Məmmədovun hazırladığı "Qısa fikirlər xəzinəsi"ni Nəcib Fazil Qısakürəyin, Somerset Moemin və başqalarının deyimləri bəzəyir.
Taleh Mansurun "Yazı masası"nın budəfəki qonağı şair İbrahim İlyaslıdır. Professor Məti Osmanoğlunun təqdim etdiyi "Gənc yazarlar üçün nəzəriyyə dərsi"nin cari mövzusu İppolit Tenin "Mədəni-tarixi məktəb"i və müəllifin Sent-Bövə həsr etdiyi "Sənətdə ideal haqqında" başlıqlı mülahizələridi. Aytac Sahədin "Sələf-xələf"inin qonaqları "M-Teatr"ın rəhbəri, Xalq artisti Vidadi Həsənov və teatrın aktrisası Oksana Rəsulovadır.
İlham Abbasovun "Latın Amerikası ədəbiyyatının şahzadə xanımı" sərlövhəli yazısı ədəbiyyat üzrə Nobel mükafatı laureatı Qabriela Mistralın həyat və yaradıcılığının mühüm məqamlarına işıq tutur.
Tatar ədəbiyyatının tanınmış nümayəndəsi, yazıçı, dramaturq, tərcüməçi və rejissor Rabit Batullanın "Canından can ver" hekayəsi Məleykə Mirzəlinin tərcüməsində təqdim edilir. Dayandur Sevginin tənqidçi Vaqif Yusifli ilə müsahibəsi xüsusi maraq doğurur. "Dərgidə kitab"da Əvəz Qurbanlının şeirləri, "Dərgidə sərgi" rubrikasında isə qrafist-rəssam Mayis Həsənlinin əsərləri yer alıb.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb