İstanbulda çörəyin qiyməti 66 faiz qalxdı - CƏDVƏL

img

26-07-2023 [18:10]


Son zamanlar qidadan tutmuş yanacağa qədər bir çox məhsulun qiymətinin artdığı türkiyədə çörəyin qiyməti də kəskin qalxıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq bir çox şəhərlərdə çörək bahalaşıb.

Bu gün İstanbulda İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) bağlı olan "Halk Ekmek"in də qiymətləri artıb. 

İBB-nin açıqladığı cədvələ görə, iyulun 28-dən etibarən, əvvəllər 3 lirəyə satılan 200 qramlıq normal çörəyin qiyməti 5 lirəyə qalxıb.

 500 qramlıq tam buğda çörəyinin qiyməti 25 lirəyə, 400 qramlıq tam buğda çörəyinin qiyməti isə 20 lirəyə qalxıb.

670 qramlıq tost çörəyinin qiyməti də 20 lirəyə yüksləib. 6 ədəd 350 qramlıq hamburger çörəyinin qiyməti isə 18,50 lirə olub.

Beləliklə, istanbulda 28 iyuldan çörəyin sortlara görə qiyməti aşağıdakı cədvəl üzrə olacaq:

Tahir

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR