"Koç Holding" "Yapı Kredi" bankındakı səhmlərinin bir hissəsini satdı

img

26-07-2023 [15:27]


Türkiyənin məşhur "Koç Holdinq" şirkəti "Yapı Kredi Bank"dakı səhm payından 575 milyon səhmini satıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə "Koç Holding" açıqlama yayıb.

Bildirilib ki, 575 milyon səhm "sürətləndirilmiş mühasibat uçotu" üsulu ilə satışı tamamlanıb: "Yapı Kredi Bank"ın ümumi kapitalının 6,81 faiz  nominal dəyəri olan 575 milyon səhm institusional investorlara hər biiri 11.75 tl olmaqla, ümumilikdə 6,76 milyard TL-yə satılıb".

Xatırladaq ki, adışəkilən ban Türkiyə və İtaliya iş adamlaırnın ortaq bankı kimi fəaliyyət göstərir. Bu bankın Azərbaycanda da filialları var.

Ləman

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR