Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
25-07-2023 [00:02]
Qoç - Günün ilk yarısı genişmiqyaslı planların həyata keçirilməsi zamanıdır. Onlar qeyri-adi, maraqlı, hətta ifrat cəsarətli təsir bağışlaya bilər. Planınızı həyata keçirə biləcəyinizə şübhələnməyin. Ciddi maneə və ya ağır problem yaranarsa çözüm yolları arayın. Effektiv davranış strategiyası seçsəniz, böyük uğurlara nail ola bilərsiniz.
Günün ikinci yarısı danışıqlar, müzakirələr, dostlarla ünsiyyət üçün əlverişlidir. Şübhə və nigaranlığınızı bölüşmək üçün etibar etdiyiniz insanı tapa bilərsiniz. Mənəvi dəstəklə yanaşı, yaxşı məsləhət ala bilərsiniz.
Buğa - Asan və xoş gün olacaq. Önəmli hadisələr baş verməsə də, pozitiv emosiyalar yox deyil. İntuisiyanızın səsini dinləyin. Şəxsi münasibətlərdə diqqətli olun. Maliyyə məsələlərində səhvlərə yol verməməyə çalışın.
Pulla bağlı əməliyyatlarda sağlam düşüncəli, məntiqli olun. Tamaha əsir düşməyin.
Günün ikinci yarısında yarımçıq işləri başa vurun. Karyera inkişafı və ya iş yerinin dəyişdirilməsi ilə bağlı planları nəzərdən keçirmək olar. Ev işlərinin öhdəsindən gəlməyə yaxınlarınız yardım edəcəklər.
Əkizlər - Mübahisələrə və dartışmalara qatılmayın. Diskussiya olarsa, konstruktiv məcranı seçin, hisslərinizi cilovlayın. Müzakirələrdə irad və iddia mübadiləsi olarsa yaxşı heç nə əldə edilməyəcək. Məntiqlə davranın, opponentinizin qarşısından geri çəkilməyin.
Təcrübəli insanla söhbətdən faydalı məqamları əxz etmək olar.
Günün ikinci yarısı səfər və ya kommersiya səyahəti üçün uğurlu zamandır. Evdən nə qədər uzaq olsanız, işgüzar duyumunuz bir o qədər iti olacaq. Alış-verişdə bədxərclik etməyin.
Xərçəng - Ən çətin situasiyalarda belə, sakit və soyuqqanlı davranın. Yaxın ətrafınızdakı bəzi adamlar sizi təbdən çıxarmaq üçün sanki qəsdən hisslərinizlə oynayırlar. Amma səbirli olun. Başqalarının emosiyalarına hakim olmayacaqları vəziyyətlərdə tövrünüzü pozmayın.
Günün ikinci yarısı yeni tanışlıqlar üçün pis zaman deyil. İmiclə eksperimentlər apara bilərsiniz. İnteryer, geyim, yaşam şəraitində dəyişikliklər etmək olar.
Şir - Günün əsas problemi emosional fonun səbatlı olmasıdır. Yaxın gələcəklə bağlı narahatlıq üçün heç bir əsas olmasa da, təlaşa qapılıbsınız. Belə davranmayın. Nigaranlıq üçün səbəb yoxdur.
Ünsiyyətdə səmimi olsanız, yeni tanışlar və hətta dost qazana bilərsiniz. İşgüzar tərəfdaşlarla layihəni və ya sifarişi müzakirə edərkən bütün təfərrüatları nəzərə alın. Son vaxtlar sizi narahat edən problemlərdən birini həll edə biləcəksiniz.
Axşam saatlarında sakit istirahəti seçin.
Qız - Günün ilk yarısında kiçik problemlər və anlaşılmazlıqlar yarana bilər. Fəqət saatlar keçdikcə müsbət təmayüllərin təsiri güclənəcək. Əhvalınızı pozmayın. İşlərdə nə isə alınmasa, müşkülü çözməyin yolunu tapın. Məqsədə çatmaq üçün konkret addımlar atın. Praktiki yaradıcılıq üçün əlverişli zamandır. Kulinar eksperimentlər etmək olar.
Rəğbət bəslədiyiniz insan günün ikinci yarısında sizinlə maraqlanmağa başlayacaq. Şansdan yararlanın. Nikbin, şən olun. Qaraqabaqlıq sizə irəliləyiş vəd etmir.
Tərəzi - Günün ilk yarısında müsbət təmayüllərin təsiri güclü olacaq. Situasiyadan yararlanmağa və çoxdan bəri həyata keçirmək istədiyiniz planı reallaşdırmağa çalışın. Təhsil, bilik və dünyagörüşünün artırılması, yeni və faydalı məlumatlar əxz etmək üçün sərfəli zamandır. Kiçik gəlirlər istisna deyil. Bu pullardan yaxınlarınızı sevindirmək üçün yararlansanız, pis olmaz.
Günün ikinci yarısında yaşam tonusunun səviyyəsi bir qədər aşağı düşəcək. İstirahət etməyi, işlərə ara verib bir qədər nəfəs dərməyi unutmayın. Paltar və ya ayaqqabı almaq üçün yaxşı zaman deyil.
Alış-verişdə diqqətli olun. Sizi aldada bilərlər.
Əqrəb - Günü faydalı və gərəkli işlərə həsr edin. Xüsusi əhəmiyyət kəsb edən məsələləri unutmayın. Alış-verişdə simicliyə gərək yoxdur.
Situasiyanın təfərrüatlarını anlamağa çalışın və adekvat addımlar atın.
Sevdiyiniz insanla münasibətlərin sərinləşməsinə, münaqişə yaranmasına imkan verməyin. İnciklik olarsa, güzəştə gedin, barışmağı bacarın. Köhnə dostlarla ünsiyyət axşam saatlarında yaxşı olacaq.
Oxatan - Planlara köklü yeniliklər və ya dəyişikliklər etməyə lüzum yoxdur. Hər şey qaydasındadır, qarşınıza qoyduğunuz məqsədlərə çatacaqsınız. Dostlarla görüş olacaq. Mübahisələrə qatılmayın. Uğurlu ideyalar yarana bilər. Səfərlər pis olmayacaq.
Günün ikinci yarısında ifrat yorğunluq hiss etməyəcəksiniz. Yaşam potensialının səviyyəsi yüksəkdir. Əhvalınızı korlamayın. Uzun müddətdən bəri həllini tələb edən maliyyə məsələsinin çözülməsi, dəyərli hədiyyənin alınması, köhnə borcun qaytarılması mümkündür.
Oğlaq - Gün ciddi sınaqlar və ya ağır problemlər vəd etmir. Xırda çətinliklərin sayı çox deyil. Mühüm işə diqqətlə başlasanız, uğur əldə edəcəksiniz. Biznes və ya kommersiya fəaliyyəti ilə bağlı yeni ideyalar peyda olacaq. Yaxşı düşünün. Əhəmiyyətli gəlir əldə etmək şansının yaranması istisna deyil.
Günün ikinci yarısında köhnə dostlarla görüş olacaq. Vaxtınızı xoş və səmərəli keçirməklə yanaşı, birlikdə həyata keçirə biləcəyiniz plana nəzər salın.
Səfər planlaşdırdığınızdan bir qədər artıq vaxt tutacaq.
Dolça - Günün əksər hissəsi rutin, maraqsız, amma gərəkli işlərin görülməsinə sərf ediləcək. Tanış və dostlarınızı bəzi işlərin başa vurulması üçün ümumi fəaliyyətə cəlb edə bilərsiniz. Tərəfdaşlıq münasibətlərinizin inkişafına müsbət təsir edəcək.
Diqqətli, sərvaxt olun. Ehtiyatlı davranın.
Günün ikinci yarısında xoş sürpriz və ya hədiyyə ilə qarşılaşacaqsınız. Müzakirələr, görüşlər, rəğbət bəslədiyiniz insanla təmaslar üçün yaxşı zamandır. Yaxın gələcəklə bağlı yeni planlar qurmaq olar.
Axşam saatlarında aktiv istirahəti seçin.
Balıqlar - Əlverişli emosional fona malik gündür. Baş verənlərə rəğmən, əhvalınızı pozmayın, bədbinliyə qapılmayın. Yaxın ətrafınızdakı insanların da pessimist fərdlərə çevrilməsinə imkan verməyin. Çətin vəziyyətə düşmüş insanlar sizə üz tuturlar. Onlara ürək-dirək verməklə yanaşı, yaxşı məsləhət və real yardımla da kömək edin.
Günün ikinci yarısında enerji potensialınızın səviyyəsi yüksək olmasa da, özünüzü pis hiss etməyəcəksiniz. Ağır fiziki işlərə qatlaşmayın. Alış-verişdə simic davranmayın. Nəqliyyat vasitəsi və ya daşınmaz əmlak almağa hazırlaşa bilərsiniz.
Milli.Az
Mərkəzi hərbi həkim komissiyasının rəisi hakim qarşısına çıxarılacaq
Ukraynada daha bir azərbaycanlı həlak olub
İran iki ölkədə ABŞ-a məxsus hədəflərə hücum edib: "Əgər sənaye obyektlərinə hücumlar təkrarlanarsa..."
KİM KİMİN HAQQINI YEYİB? - Qərbi Kaspi universitetindəki qalmaqalla bağlı təzadlı açıqlamalar (YENİLƏNİB)
Xarici İşlər Nazirliyi məlumat yayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Yağışlı hava olacaq - Bu tarixlərdə
Ədliyyə naziri "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
DÇ-2026: Türkiyə yığmasının oyun təqvimi dəyişdi – SİYAHI
80 yaşlı Luçesku ilə bağlı qərar verildi
Müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır - ŞƏRTLƏR
Xəzər Dəniz Neft Donanmasının rəisi vəzifədən azad edilib
Xanım sürücü “Range Rover”i yolda aşırdı - VİDEO
Pomidorun qiyməti niyə bahadır? - AÇIQLAMA
Bakıda məktəbli qızın meyiti tapılıb
Tofiq Yaqublu barəsində daha bir qərar verildi - Məhkəmə prosesi
"Vitse-spikerin köməkçisi deyiləm"
"Beşiktaş" "Fənərbağça" derbisinə hazırlaşır
Rusiya Ermənistana açıq xəbərdarlıq edir: “Bu addımlar suallar doğurur” – “Metsamor”un istismar müddəti isə...
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul edib - MÜHİM MESAJLAR + FOTOLAR (YENİLƏNİB)
Nizami Kino Mərkəzinin binasına zərər vurulub - FOTO
Bakıda TDT üzv dövlətlərin rəsmilərinin görüşü olub - BİRGƏ BƏYANAT VERİLDİ (YENİLƏNİB)
"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir, bu mənada..." - AKİ-yə kim sədrlik edir?
İzmirdə İŞİD-ə qarşı əməliyyat: 9 nəfər qandallanıb
Sabahın hava proqnozu açıqlandı
ABŞ ordusu İranda uranı ələ keçirmək üçün əməlyyata hazırlaşır? - “Washington Post” yazır
Bərdə bazarında nöqsan aşkarlanıb - Yoxlama keçirilib
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb - Açıqlama + VİDEO
Kəlbəcər şəhərinə növbəti köç olub
Prezident İlham Əliyev Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - MÜZAKİRƏ + FOTO
ABŞ prezidenti Makronu rüsvay elədi: "O, hələ də çənəsinə ilişdirilən şapalağın təsirindədir"
ABŞ Rodrigezə qarşı sanksiyaları ləğv edib
AFFA rəsmisi: "Bəzən millilərə tapşırılmış oyunçular çağırılır"
Əli Əkbər Vilayəti: “Hörmüz boğazı ABŞ, İsrail və onların tərəfdarlarına açılmayacaq”
İSA NƏCƏFOV ELƏ SİRLƏRİ AÇDI Kİ... - Sensasiyalı MÜSAHİBƏ
Əli Əsədov: "Zəngəzur dəhlizi bütün türk dünyasının birləşdirilməsi üçün strateji əhəmiyyətə malikdir"
Mərkəzi Bankı uçot dərəcəsi barədə qərar qəbul edib
Şirvanşah modeli: kiçik dövlətin böyük strategiyası...
Bakıda ər-arvad bıçaqlanıb - Övladları saxlanılıb
AHİK YÜKSƏK VƏZİFƏ SAHİBLƏRİNİN MÜAVİNƏTİNİ KƏSDİ: məmurlara hər ay 172 manat verilirmiş... - Sahib Məmmədov kimlərin pulunu kəsib?
BƏƏ İran vətəndaşları ilə bağlı açıqlama yaydı
DOST TV-nin 2 yaşı tamam olub