"Dollar 38-40 tl arasında olacaq" - Məşhur iqtisadçı proqnoz verdi, tarix açıqladı

img

20-07-2023 [15:32]


Türkiyədə bir dolların hazırda 27 tl səviyyəsində olmasından sonra proqnozları ilə məşhur olan Sabançı Universitetinin müəllimi, iqtisadçı Selçuk Geçer növbəti proqnozunu verib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, Mərkəzi Bankın bu gün uçot dərəcəsinin 15 faizdən 17.5 faizə qaldırması qərarından sonra iqtisadçı dolların 38 tl-yə qədər yüksələcəyini iddia edib.

Selçuk Geçərin sözlərinə görə, bugünki mövcud vəziyyətə nəzərən bir dollar, əslində, 38-40 tl ekvivalentində olmalıdır: "Lakin Mərkəzi Bank bazara basqı ilə bunu inzibati yoollarla saxlayr. Hesab edirəm ki, dolların hazırkı kursu 38-40 tl-yə qədər yüksələcək. Hə, sual edə bilərsiniz ki, nə vaxt? 

Mən də deyirəm ki, uzağı, sentyabr-oktyabr ayına qədər dollar bu məzənnəyə çatacaq".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR