Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
19-07-2023 [00:01]
Qoç - böyük uğurlara nail olmaq istəyirsinizsə, daha aktiv çalışmalısınız. Qətiyyət və iradə yetərli deyil. Təcrübə, bilik və ən başlıcası, dəqiq fəaliyyət planı gərəkdir. Sadalananlardan biri yoxdursa, müttəfiqlərdən və dostlardan yardım istəməkdən çəkinməyin. Köhnə dostlara bel bağlamaq olar.
Sözlərinizdə diqqətli olun. Sayıq davransanız, aşkar münaqişəyə yol verməyəcəksiniz. Dəyər verdiyiniz insanlarla münasibətləri korlamayın. Bir qədər keçəcək, ünsiyyətin məcrasını konkret müəyyənləşdirə biləcəksiniz.
Buğa - bu gün çözmək məcburiyyətində qalacağınız məsələlər ilk baxışdan göründüyü kimi asan deyil. Fəaliyyətə başlamazdan əvvəl mövcud situasiyanı təhlil edin. İnandığınız insanla məsləhətləşin.
Yaxınlarınızla münasibətlərin harmonik olmasına çalışın. Sevdiyiniz insanla ixtilaflar yaratmayın. Yeni tanışlarla ehtiyatlı olun. Bu insanların bəziləri etimadınızdan öz məqsədləri üçün sui-istifadə etmək istəyirlər. Yaşam potensialı yüksəkdir. Səhhətinizdə problemlər yaranmayacaq. Axşam saatlarında aktiv istirahəti seçin.
Əkizlər - işgüzar aktivliyin səviyyəsi aşağı düşəcək. Peşəkar fəaliyyət müstəvisində uğurlar az olacaq. Diqqəti cəmləmək, başladığınız işi bitirmək asan deyil. Mühüm işgüzar danışıqlar aparmaq, karyeranızın inkişafının asılı olduğu insanlarla görüşlər üçün əlverişli zaman deyil. Maliyyə itkiləri riski var.
Əfsuslar olsun ki, şəxsi münasibətlər müstəvisində də durum normal deyil. Xırda, mənasız məsələlərə görə mübahisələr yarana bilər. Təmasları korlamayın. Yaranan ideyalardan birini ailə üzvlərinin köməyi ilə reallaşdırmaq olar.
Xərçəng - yeni, mürəkkəb işlərə başlamaq məsləhət deyil. Rutin, adət etdiyiniz, cari işlərlə məşğul olun. Köhnə müttəfiqlər sizə yardım edəcəklər. Yeni tanışlar və tərəfdaşlarla münasibətlər pis olmayacaq. Alış-veriş, sərmayə üçün münasib zaman deyil.
Günün ikinci yarısı xoş görüşlər və maraqlı tanışlıqlar vəd edir. Romantik təmaslar ola bilər. Sevdiyiniz insanı sürprizlə sevindirin. Uzaq qohumlardan xoş xəbərlər ala bilərsiniz.
Şir - uğurlu gündür. Peşəkar uğurlarınız gözləntilərinizin əksinə olaraq o qədər də böyük deyil. Gələcək uğurlarınızın təməlini qoyun. Qəfil işgüzar təklif alacaqsınız. Təklif maraqlı və cazibədardır. Köhnə tanışlardan gələn təklifləri düşünmədən qəbul etmək olar.
Günün ikinci yarısında sevindirici xəbər alacaqsınız. Yaşamınızda müsbət dəyişikliklər olacaq. Səfər və ya səyahət pis olmayacaq. Uzun yol sizi yormayacaq.
Qız - mühüm işləri, maliyyə məsələləri ilə bağlı müzakirələri, potensial iş yeri sahibi və ya sifarişçi ilə görüşü ertələyin. Sakit, müstəqil iş üçün əlverişli zamandır. Başladığınız işləri başa vurun. Hesabat hazırlamaq, sonucları nəzərdən keçirmək zamanıdır. Yalnız inanılmış, sınanmış müttəfiqlər sizi dəstəkləyirsə, yeni işə və ya layihəyə başlamaq olar.
Şəxsi münasibətlərdə aktiv, təşəbbüskar olun. İmprovizələr etmək olar. İntuisiyanızın səsinə qulaq asın. Belə məsləhətlər ilk baxışdan sağlam məntiqə zidd təsir bağışlaya bilər. Bu yaxınlarda mübahisə etdiyiniz insanla barışa bilərsiniz.
Tərəzi - yaşam potensialının səviyyəsi aşağıdır. Görülən işlərin sayını azaltsanız, çətin işlərdən birini etibar etdiyiniz insana həvalə etsəniz, dürüst addım atarsınız.
Lakin həllini tələb edən problemlə bağlı fəaliyyəti dayandırmayın. Önəmli məsələnin çözülməsini ertələməyin. Peşəkar fəaliyyət və maliyyə məsələlərini həmfikirlərlə müzakirə etmək olar. Yekun qərarın qəbulunda tələskənliyə yol verməyin.
Köhnə tanışlar və ya uzaq qohumların vizitləri istisna deyil. Qohumlara sevinin: onlar əliboş gəlməyəcəklər. Günün ikinci yarısında sevdiyiniz insanla önəmli söhbət ola bilər.
Əqrəb - peşəkar fəaliyyətlə bağlı önəmli qərar qəbul etməyin. Səbəb - inandığınız insanlardan biri sizi aldada bilər. İşdə rəhbərliklə ciddi mübahisə istisna deyil. Ambisioz, eqoist olmayın. Şayiələr və dedi-qodular sizə zərbə vura bilər. Şəxsi münasibətlərdə heç bir xoşagəlməz sürpriz olmayacaq. Dostlarla ünsiyyət üçün əlverişli zamandır. Yaxşı xəbərlər alacaqsınız.
Oxatan - işlərinizdə ləngliyə, süstlüyə yol verməyin. İkinci dərəcəli məsələlərin həllini ertələyin, ən mühüm və aktual işlərlə məşğul olun. Fikriniz mənasız ünsürlərə yayınmasın. Hesablamalarda səhv etməyin. Belə yanlışlıqlar maliyyə itkilərinə səbəb ola bilər. Xoşagəlməz xəbər alacaqsınız. Tərəfdaşlar vədlərini yerinə yetirməyəcəklər. Yeni tanışların rəğbətini qazanmağa çalışın. Ciddi münasibətlər ehtimalı azdır. Fəqət tanışlardan biri yaşamınızda önəmli rol oynaya bilər.
Oğlaq - əlverişli, yaxşı gündür. İdeyaları həyata keçirmək düşündüyünüzdən də asan olacaq. Situasiya yaxşı imkanlar yaradır. Dəvət aldığınız tədbirlərə qatılın. İş axtarırsınızsa, bir vaxtlar tərəfdaşlıq etdiyiniz insanı günün ikinci yarısında xatırlaya bilərsiniz. Maraqlı təklif səslənəcək. Emosional fon stabildir. Yaxın ətrafınızdakı insanlarla incik, aqressiv, qıcıqlı davranmayın. Gözlənilməz etiraflar mümkündür.
Dolça - yorucu, rutin, usandırıcı işlər zamanıdır. Başladığınız işləri hər şeyə rəğmən bitirin. Yardım və ya dəstəyə bel bağlamayın. Köhnə müttəfiqlər öz işləri ilə məşğuldur. Yeni tərəfdaş və ya müttəfiq isə gözə dəymir. İşdə rəhbərliklə kiçik fikir ayrılıqları ola bilər. Emosiyaların əsiri olmayın, hisslərə əsaslanaraq davranmayın. Yaşananlara sakit reaksiya verin. Sevdiyiniz insanla münaqişə etməyin, onu ən kiçik nöqsana görə sərt tənqid atəşinə tutmayın. Alış-verişdə yalnız gərəkli əşyaları alın.
Balıqlar - işdə uğurlar böyük olmayacaq. Lakin həmin nailiyyətlər belə bədxahlarınızda kəskin qıcıq yaradacaq və onlar növbəti dəfə sizə zərbə vurmağa çalışacaqlar. Təxribatlara uymayın, emosional davranmayın. Sizi nə qədər tələsdirsələr də, düşünülməmiş addımlar atmayın. Kritik situasiya yaranarsa, nüfuzlu adama müraciət edə bilərsiniz. O, sizin tərəfinizi tutacaq.
Günün ikinci yarısının emosional fonu stabil deyil. Xırda məsələlərə görə əsəbiləşməyin. Qıcıqlı davranışınız yaxınlarınızı təəccübləndirə bilər. Axşam saatlarında səhhətinizdə kiçik problemlər yarana bilər.
Milli.Az
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı
İRAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Yaxın Şərqin ən hündür körpüsü vuruldu - FOTO
Mərkəzi hərbi həkim komissiyasının rəisi hakim qarşısına çıxarılacaq
Ukraynada daha bir azərbaycanlı həlak olub
İran iki ölkədə ABŞ-a məxsus hədəflərə hücum edib: "Əgər sənaye obyektlərinə hücumlar təkrarlanarsa..."
KİM KİMİN HAQQINI YEYİB? - Qərbi Kaspi universitetindəki qalmaqalla bağlı təzadlı açıqlamalar (YENİLƏNİB)
Xarici İşlər Nazirliyi məlumat yayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Yağışlı hava olacaq - Bu tarixlərdə
Ədliyyə naziri "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
DÇ-2026: Türkiyə yığmasının oyun təqvimi dəyişdi – SİYAHI
80 yaşlı Luçesku ilə bağlı qərar verildi
Müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır - ŞƏRTLƏR
Xəzər Dəniz Neft Donanmasının rəisi vəzifədən azad edilib
Xanım sürücü “Range Rover”i yolda aşırdı - VİDEO
Pomidorun qiyməti niyə bahadır? - AÇIQLAMA
Bakıda məktəbli qızın meyiti tapılıb
Tofiq Yaqublu barəsində daha bir qərar verildi - Məhkəmə prosesi
"Vitse-spikerin köməkçisi deyiləm"
"Beşiktaş" "Fənərbağça" derbisinə hazırlaşır
Rusiya Ermənistana açıq xəbərdarlıq edir: “Bu addımlar suallar doğurur” – “Metsamor”un istismar müddəti isə...
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul edib - MÜHİM MESAJLAR + FOTOLAR (YENİLƏNİB)
Nizami Kino Mərkəzinin binasına zərər vurulub - FOTO
Bakıda TDT üzv dövlətlərin rəsmilərinin görüşü olub - BİRGƏ BƏYANAT VERİLDİ (YENİLƏNİB)
"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir, bu mənada..." - AKİ-yə kim sədrlik edir?
İzmirdə İŞİD-ə qarşı əməliyyat: 9 nəfər qandallanıb
Sabahın hava proqnozu açıqlandı
ABŞ ordusu İranda uranı ələ keçirmək üçün əməlyyata hazırlaşır? - “Washington Post” yazır
Bərdə bazarında nöqsan aşkarlanıb - Yoxlama keçirilib
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb - Açıqlama + VİDEO
Kəlbəcər şəhərinə növbəti köç olub
Prezident İlham Əliyev Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - MÜZAKİRƏ + FOTO
ABŞ prezidenti Makronu rüsvay elədi: "O, hələ də çənəsinə ilişdirilən şapalağın təsirindədir"
ABŞ Rodrigezə qarşı sanksiyaları ləğv edib
AFFA rəsmisi: "Bəzən millilərə tapşırılmış oyunçular çağırılır"
Əli Əkbər Vilayəti: “Hörmüz boğazı ABŞ, İsrail və onların tərəfdarlarına açılmayacaq”
İSA NƏCƏFOV ELƏ SİRLƏRİ AÇDI Kİ... - Sensasiyalı MÜSAHİBƏ
Əli Əsədov: "Zəngəzur dəhlizi bütün türk dünyasının birləşdirilməsi üçün strateji əhəmiyyətə malikdir"
Mərkəzi Bankı uçot dərəcəsi barədə qərar qəbul edib
Şirvanşah modeli: kiçik dövlətin böyük strategiyası...
Bakıda ər-arvad bıçaqlanıb - Övladları saxlanılıb