Kino Agentliyindən film müsabiqəsi: ən az məbləğ 1.5 milyon manatdır
18-07-2023 [16:02]
Mədəniyyət Nazirliyinin tabeliyində olan “Azərbaycan Kino Agentliyi” publik hüquqi şəxsi (ARKA) film layihələri müsabiqəsi elan edib.
Mia.az xəbər verir ki, müsabiqə dövlət tərəfindən kino sahəsinin inkişafının dəstəklənməsi, kinematoqrafiya fəaliyyətinin təşviq edilməsi və yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunması, eləcə də bu sahədə özəl sektorun dəstəklənməsi məqsədilə təşkil olunur.
İyulun 17-də Mədəniyyət Nazirliyində kino ictimaiyyəti nümayəndələrinin iştirakı ilə müsabiqəyə həsr olunan təqdimat tədbiri keçirilib.
Müsabiqədə Azərbaycanda qeydiyyatdan keçmiş və kinematoqrafiya sahəsində fəaliyyət göstərən müstəqil prodüser mərkəzləri və digər hüquqi şəxslərin istehsal etdiyi film layihələri iştirak edə bilər.
Müsabiqəyə bir neçə hüquqi şəxsin birgə qatılması da mümkündür.
Müsabiqəyə təqdim edilmiş film layihələrində 5 əsas müəllifdən (quruluşçu rejissor, ssenari müəllifi, quruluşçu operator (təsvir rejissoru), quruluşçu rəssam, bəstəkar) azı üçü Azərbaycan vətəndaşı və ya Azərbaycanda daimi yaşayış icazəsi olan şəxslər olmalıdır.
Müsabiqənin ümumi fondu 5 500 000 manat təşkil edir və layihələr dörd istiqamət üzrə qəbul olunacaq: dövlət sifarişi ilə istehsal olunacaq filmlər; kommersiya filmləri; müəllif filmləri; debüt və tələbə filmləri.
Dövlət sifarişi ilə istehsal olunacaq film (tammetrajlı və ya qısametrajlı bədii, sənədli və animasiya filmləri) layihələri üçün 2 000 000 manat nəzərdə tutulub. Kommersiya filmləri (tammetrajlı bədii, sənədli və animasiya filmləri) layihələri üçün 1 250 000 manat, müəllif filmləri (tammetrajlı və ya qısametrajlı bədii, sənədli və animasiya filmləri) layihələri üçün 1 250 000 manat ayrılacaq. Debüt (tammetrajlı və ya qısametrajlı bədii, sənədli və
animasiya filmləri) və tələbə (yalnız qısametrajlı filmlər) layihələri üçün isə 1 000 000 manat nəzərdə tutulub.
Müsabiqənin 1-ci mərhələsi 18 iyul – 15 sentyabr 2023-cü il tarixlərini əhatə edir və bu mərhələdə ARKA tərəfindən layihələrin qəbulu həyata keçirilir. 2-ci mərhələdə (1 sentyabr – 15 oktyabr 2023-cü il) Seçim Komissiyası tərəfindən ilkin qiymətləndirmə və bədii seçim həyata keçiriləcək. Müsabiqənin 3-cü mərhələsində (21-22 oktyabr 2023-cü il) Seçim Komissiyası və Ekspert Şurası qarşısında layihələrin iştirakçılar tərəfindən müdafiəsi (pitçinq) olacaq. Pitçinq mərhələsini uğurla başa vurmuş layihələr qalib hesab ediləcək və həmin layihələri təqdim etmiş iştirakçılarla müqavilə bağlanacaq.
Müsabiqənin şərtləri və layihələrin təqdim olunması ilə bağlı tələblər barədə daha ətraflı ARKA-nın rəsmi saytında ( https://arka.culture.az ) məlumat əldə etmək olar.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb