SOCAR-ın sabiq vitse-prezidenti barədə sensasiyalı iddia yayıldı - Şikayət (FOTO)
17-07-2023 [17:23]
"2007-ci ildə Ağsu rayonu, Ərəbsarvan kənd Bələdiyyəsindən heyvandarlığın inkişaf etdirilməsi üçün 30 il müddətinə icarəyə götürdüyüm 124 hektar torpaq sahəsi qanunsuz olaraq əlimdən alınıb".
Mia.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında Ağsu şəhər sakini Elşən Məhəmməd oğlu Məmmədov bildirib.
Onun sözlərinə görə, icarə etdiyi torpaq sahəsi nüfuzlu və imkanlı şəxs tərəfindən zəbt olunub:
"Yuxarı Şirvan kanalının cənub tərəfində, Kürdəmir qobusu ilə su kanalının arasında yerləşən həmin ərazidə təyinata uyğun olaraq, mal tövləsi, iki qoyun damı, quzu damı, çoban evi, iki talvar, işçi otaqları və anbar olmaqla ümumilikdə 1437,8 kv.m-lik tikinti işləri aparıb".
E.Məmmədovun sözlərinə görə, digər işlərilə əlaqədar sonradan təsərrüfatın idarəçiliyini etibarnamə ilə qardaşı İbrahim Məmmədova həvalə edib. 2016-cı ilə qədər müqavilə rüsumunun ödənildiyini və işlərin tam qaydasında getdiyini bildirən şikayətçi qeyd edib ki, 2016-cı ilin əvvəlində qardaşı dünyasını dəyişib. Elə hər şey də bundan sonra başlayıb:
“Bir müddət başımız hüzürə qarışdı. Həm də özümün digər işlərimi qaydasına salmağa vaxt lazım idi. Ondan sonra əraziyə baş çəkdim. Gördüm ki, orada bütün tikintilər dağıdılıb. 30 il müddətinə icarəyə götürdüyüm ərazidə başqa adamların böyük tikinti işləri apardığının şahidi oldum. Onların kimliyi ilə maraqlandım. Dedilər, Mikayıl İsmayılov ərazini alıb. O, həmin vaxt SOCAR-ın vitse-prezidenti idi, hazırda Ekol Mühəndis Xidmətləri Qapalı Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədridir".
Ərazinin Mikayıl İsmayılova verildiyinin öyrənən Elşən Məmmədov məsələ ilə bağlı bələdiyyəyə üz tutub:
"O vaxtlar bələdiyyənin sədri Gülsüm Əhmədova idi. Ondan nə baş verdiyini soruşdum. O da bildirdi ki, guya qardaşım yeri Mikayıl müəllimə satıb. Dedim, qardaşım haqq dünyasındadı, yoxluğundan istifadə etməyin, 30 illik icarə müqaviləsi mənim adımadır, əgər qardaşımın elə bir fikri olsaydı, mənimlə məsləhətləşər, ailəsinə xəbər verərdi".
Elşən Məmmədovun sözlərinə görə, qardaşı ağır xəstəlik keçirdiyi üçün fermada saxladıqları heyvanları satmaq məcburiyyətində qalıb:
"Mənim bundan xəbərim vardı. Amma ərazinin satılması barədə heç bir məlumatım yox idi. Qardaşımın ailəsindən də soruşdum, dedilər ki, İbrahim nə torpağı satmağı, nə də əgər satıbsa, aldığı pul barədə bizə heç nə deməyib. Qarşı tərəf - Mikayıl İsmayılov isə qısa müddətdə sözügedən ərazidə böyük “Aqropark” inşa etmişdi. Maliyyə imkanlarım olmadığından, həm də Mikayıl İsmayılovun yüksək vəzifə daşıması səbəbindən məhkəmə çəkişmələrinə qoşulmadım. Sonradan Daşınmaz Əmlakın Şamaxı Regional Reystr Xidmətindən öyrəndim ki, mənimlə Ərəbsarvan bələdiyyəsi arasında 30 illiyə bağlanmış 14 mart 2007-ci tarixli, 09 saylı müqavilə əsasında əlimdə olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təsis etdiyi kadasr məlumatlarının kökü elektron bazadan silinib".
Elşən Məmmədov bildirib ki, 2016-cı ildə qardaşının ölümündən sonra həmin əraziyə Mikayıl İsmayılovun qardaşı Müşfiq İsmayılovun adına reystr xidmətindən çıxarış alınıb: "Yəni, mənim xəbərim olmadan icarəmdə olan torpaq sahəsi Mikayıl İsmayılovun vəzifə səlahiyyətləri və külli-miqdarda var-dövlət sahibi olmasının güdazına getdi. Dünyasını dəyişən qardaşımın adından saxtakarcasına istifadə etdilər. Bizim həmin ərazidə dəyəri 100 min manatla ölçülən tikililərimiz qanunsuz şəkildə dağıdıldı".
Sahibkar bildirib ki, icarəyə götürdüyü torpaq sahəsinin qanunsuz yolla zəbt olunması ilə barışmayacaq: “Həmin ərazidə mən və qardaşım halal zəhmətimizlə qazandığımız pulla 1437,8 kv.m sahədə tikinti işləri aparmışdıq. Həmin tikililərə hələ o vaxtkı pulla 100 min manata qədər pul yatırmışdıq. O cümlədən, hər il Ərəbsarvan Bələdiyyəsinin hesabına müqavilədə nəzərdə tutulan məbləğdə vəsait ödəmişik. Niyə hansısa dövlət məmuru vəzifəsindən sui-istifadə edərək, halal çörəyimizi zəhərə döndərir?! Çörəyə dəymək nə imandandır, nə də kişilikdən! Xüsusən də bir insanın ölümünün üstündən saxtakarlıq etmək, belə bir qanunsuz iş görmək heç bir ölçüyə sığmır! Əgər qardaşım o ərazini satmışdısa, Mikayıl İsmayılov onun sağlığında həmin ərazitə yerləşərdi. Niyə ölümünü gözləyirdi?! İkincisi, torpağın icarə sənədi mənim adımadır, yeri alanda sənədin sahibi kimi mənə xəbər edəydilər! Bunlar olmayıbsa, deməli, heç bir alqı-satqıdan söhbət gedə bilməz".
E.Məmmədov deyib ki, ümumiyyətlə, icarədər icarəsində olan icarədar sata bilməz. Buna görə də qardaşının torpağı satdığı barədə iddialar cəfəngiyyatdır: "Torpağın əsas mülkiyyətçisi bələdiyyədir. Əgər icarədar müqavilənin şərtlərini pozur, yaxud könüllü şəkildə torpaqdan imtina edərsə, o zaman müqaviləyə xitam verilir. Amma bunlar hər şeyi özbaşına həll ediblər. Hətta sənədi bazadanı siliblər. Əlbəttə, bu cinayətdə əsas günahkar bələdiyyə sədri, sonra torpağın icarəsinə dair sənədi bazadan silən məmur, ardınca da Mikayıl İsmayılov günahkardır. Əlimdə olan sənədlərin hələlik bir hissəsini ictimailəşdirmək. Əgər qarşı tərəflər hüquqlarımın bərpası üçün addım atmayacaqsa, məsələyə hüquqi müstəvidə qiymət verilməsinə çalışacaq, həm ölkə başçısına, həm də hüquq-mühafizə və məhkəmə orqanlarına müraciət edəcəym".
Məsələ ilə bağlı Ağsu rayonu, Ərəbsarvan kənd Bələdiyyəsinin sədri Əmiraslan Əsədullayevlə əlaqə saxladıq.
O, Bakupost az -a açıqlamasında bildirdi ki, sözügedən torpaq sahəsi ilə bağlı mübahisə yaranan vaxtlarda bələdiyyədə çalışmayıb:
“Bu məsələ ilə bağlı bizə müraciət olunmayıb. Həmin illərdə isə bələdiyyənin sədri Gülsüm Əhmədova olub. Müşfiq İsmayılovu tanıyıram, “Aqropark”da işləyir, fermerdir. Maraqlanıb, sizə məlumat verəcəm”.
2016-2019-cu illərdə Ağsu rayonunun Ərəbsarvan kənd Bələdiyyəsinin başçısı olmuş Gülsüm Əhmədova isə Bakupost.az -a açıqlamasında məsələdən xəbərsiz olduğunu dedi:
“Bu məsələdən xəbərim yoxdur. Başımdan əməliyyat olunduğum üçün 3 ildir bələdiyyədə çalışmıram. İndiyə qədər səlahiyyətlər məndə qala bilməz. O torpaqları Müşfiq İsamyılovgil özləri alıb, özləri sənədləşdiriblər. Mənim məlumatım olmayıb. Ola bilər ki, sənədin vaxtı bitib. İcarədə olan torpağın sənədi birdən-birə ləğv edilə bilməz”.
Məsələ ilə bağlı yazıda adı hallanan digər şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq. Mövzuya qayıdacağıq.
Elşən Məmmədovun sözügedən əraziylə bağlı redaksiyamıza təqdim etdiyi sənədlərin, tikintiyə sərf olunmuş mal-material sərfinin mühəndis siyahısının surətini təqdim edirik:
CHP lideri İstanbulda mitinqdə xalqı küçələrə çağırdı: "Hamınızı meydanlara, dirənməyə səsləyirəm"
ABŞ avropalı rəsmilərə viza qadağası qoyub - Avropa Parlamentinin prezidenti etiraz etdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Prezident ad günündə ailə üzvləri ilə bir arada - FOTOLAR
21 ilin kollec direktoru vəzifəsindən azad olunub
8 ildir axtarılan FETÖ üzvü qardaşının şəxsiyyət vəsiqəsiylə tutulub
"Fənərbağça" prezidenti saxlanıldı - Narkoticarət ittihamı ilə
Prezident İlham Əliyev Ağdamda - FOTOLAR (Yenilənib)
PA-nın vəzifəli şəxslərinin qəbul günləri - CƏDVƏL
Sadır Japarov İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN
Volkan Dəmirəl "Antalyaspor"la anlaşıb, lakin...
Müğənninin ölümündə "əl"i olan qızını həbsxanada döyüblər
MHP lideri liderindən diqqətçəkən açıqlama: "Qəza düşündürücüdür..."
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bakıda fantastik olay: bir qadın iki məktəbdə direktorluq edir
Tanınmış neyrocərrah Rəşid Musayevin 84 yaşı tamam olur
2025-ci ilin ikinci yarısında Veysəloğlu Şirkətlər Qrupu hansı uğurlara imza atdı… - VİDEO
Ərdoğan İlham Əliyevə zəng edib
Daha iki kollecdə təyinat olub
İsrail prezidenti İlham Əliyevə zəng edib
Leysan və qar yağacaq - Xəbərdarlıq
Sumqayıtda yenə qaz olmayacaq
Xankəndidə Zəfər parkı açıldı - İlham Əliyev tərəfindən + FOTOLAR
Daha bir bloger narkoman çıxdı - FOTOLAR
Qəzza yenə bombalanıb - Bir nəfər ölüb, yaralılar var
Tokayev İlham Əliyevə zəng edib
İrakli Kobaxidze İlham Əliyevə zəng edib
Bakı-Sumqayıt yolunda avtobus yanıb
Sabah dağlıq rayonlarda qar yağacaq
Nazirlik Rafael Ağayevi niyə tədbirə çağırmadı? - Məşhur idmançı "heç nə danışmayacam" deyir
Saç testində kokain qəbul etdiyi üzə çıxan klub prezidenti qəzəbləndi: "Təkrar ekspertiza tələb edirəm"
Putin Azərbaycan prezidentinə zəng edib
Özbəkistan Prezidenti lham Əliyevə zəng edib
Əşirət lideri Ankaranın mərkəzində oğlunu güllələdi - FOTO
Xırdalanda iki aylıq körpə qidadan boğulub
İcra başçısı sakinin 100 manatına ehtiyac duyub - Məhkəmə qalmaqalı
7 komanda cəzalandırılacaq - Super Liqada
"Fənərbağça" prezidentinin saç testi açıqlandı - Kokain aşkarlandı
PUTİN ƏLİYEVƏ MƏKTUB GÖNDƏRDİ: "Bu, şübhəsiz, xalqlarımızın maraqlarına cavab verir"
Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi dərc olunub
Qazimiz Türkiyədə vəfat edib