“Azərsu” ASC niyə zərərlə işləyir?

img

15-07-2023 [16:32]


“Azərsu” ASC 2022-ci ili 180,514 milyon manat xalis zərərlə başa vurub.

Mia.az ASC-yə istinadla xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 3,1 dəfə azdır.

Son nəticədə səhmdar cəmiyyətinin yığılmış zərəri 2,3 % artaraq 8 036,2 milyon manata çatıb.

Ötən il “Azərsu”yun içməli su və kanalizasiya xidmətinin satışından gəlirləri 278,894 milyon manat (əvvəlki ilə nisbətən 6,1 % çox), satışlarının maya dəyəri 134,225 milyon manat (4,3 % çox), inzibati xərcləri 43,175 milyon manat (50,1 % çox), satış və paylanma xərcləri 159,368 milyon manat (8,7 % çox), digər əməliyyat xərcləri 132,394 milyon manat (4,2 dəfə az), məzənnə fərqindən gəliri 9,705 milyon manat (5,9 % az), digər gəlirləri 2,394 milyon manat (13,5 dəfə az), maliyyə xərcləri 2,27 milyon manat (34,2 % az), icarə öhdəlikləri üzrə faiz xərcləri 53 min manat (11,7 % az), mənfəət vergisi ödəmələri isə 22 min manat (27,2 dəfə az) təşkil edib.

Bu il yanvarın 1-nə “Azərsu”yun aktivləri 1 298,005 milyon manat olub ki, bu da illik müqayisədə 27,1 % çoxdur. 2022-ci ildə səhmdar cəmiyyətinin öhdəlikləri 15,6 % artaraq 668,881 milyon manata, balans kapitalı isə 42 % artaraq 629,124 milyon manata çatıb.

Xatırladaq ki, “Azərsu” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 400 milyon manatdır. Səhmdar cəmiyyəti 100% dövlətə məxsusdur və ölkədə su təchizatı, içməli suyun təchizatı və kanalizasiya xidmətlərinin həyata keçirilməsi sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən təbii inhisarçıdır. Qurumun əsas funksiyalarına suyun mənbələrdən çıxarılması, ölkə ərazisində paylanması, satışı və istifadəsinin mümkün olması üçün təmizlənməsi və suyun xüsusiyyətlərinin sabitləşdirilməsi daxildirReport).


Digər xəbərlər
SON XƏBƏRLƏR