Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
13-07-2023 [00:03]
Qoç - verilmiş vədlərə əməl olunmayan gündür. Söhbətlərdə və danışıqlarda diqqətli olun. Xoşagəlməz təmaslar, rəğbət bəsləmədiyiniz insanlarla görüşlərdən yayına bilməyəcəksiniz. Əhvalınızı pozmayın. Problemlər müvəqqətidir. Maliyyə məsələlərində çətinliklər yaranacaq. Xərcləri azaldın. Alış-verişdə bədxərclik etməyin.
Buğa - uğurlu gündür. İşgüzar maraqlarla şəxsi münasibətləri qarışdırmayın. Peşəkar fəaliyyət müstəvisində qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün qətiyyətlə irəliləyin. Aktiv olun, enerjili çalışın.
Günün ikinci yarısında yaşam potensialının səviyyəsi aşağı düşə bilər. Özünüzü qoruyun, həddan artıq ağır işdən imtina edin. İstənilən formada yeni işə və ya layihəyə başlayarkən diqqətli olun. Səhhətinizə fikir verin.
Əkizlər - uğurlu, düşərli gündür. Hadisələr sizin üçün əlverişli məcrada inkişaf edir. Gərəkli olan addımlar atın, yanlış qərarlar verməyin. Naqolay duruma düşməməyə çalışın. Ən kiçik ləngimə və təxirəsalmalar problemlər yarada bilər. Şəxsi münasibətlərdə irəliləyişlər olacaq.
Yaşam potensialının səviyyəsi yüksəkdir. Qüvvə və enerjiniz yetərincədir. Bütün yeni işlərə, hətta ən ağır problemlərin həllinə başlamaq olar. Alış-verişdə parfümeriya, saat, geyim almaq olar. Yeni layihəyə sərmayə yatırmaq üçün əlverişli zamandır.
Xərçəng - hər şey uğurludur. Güman etdiyinizdən də əlverişli zamandır. Hadisələrə təsir imkanlarına malik insanlar sizin tərəfinizdədir. Sizə yardım edən nüfuzlu insanlardan biri az sonra dostunuza çevrilə bilər. Yüksək vəzifəyə malik insanla yeni münasibətlər formalaşacaq.
Günün ikinci yarısı daha uğurludur. Nəzərdə tutduğunuz planların hamısı reallaşmasa da, əksəriyyətini həyata keçirə biləcəksiniz. Romantik təmaslar uğurlu olacaq. Sevdiyiniz insanı hədiyyə ilə sevindirə bilərsiniz.
Şir - günün ilk yarısı qarışıq, laübəlidir. İşdəki çətinliklər və ailədəki problemlər başağrısı yaradaraq əhvalınızı korlaya bilər. Çətin situasiyadan çıxış yolu arayarkən yanlışlıqları sıralamayın. Səbrli, təmkinli olun. Günün ikinci yarısında vəziyyət düzələcək. Yeni imkanlar yaranır. Karyeranızda irəliləyiş imkanları var. Şəxsi münasibətlərdə də müsbət dəyişikliklər şansları çoxdur.
Qız - yaşanan olaylara rəğmən nigaran qalmayın. Çaş-baş davranaraq vurnuxma yaratmayın. Stəkanda fırtına sizi qorxutmasın. Sizdən narazı olduğunu gizlətməyən insan əslində fəaliyyətinizə ciddi problemlər yarada bilməyəcək. Üstəlik, az sonra bu insanlar daha yaxşı düşünülmüş plan üzrə hərəkət etdiyinizi etiraf etməli olacaqlar.
Günün ikinci yarısında əvvəllər əldə etdiyiniz təcrübədən, biliklərdən yararlana bilərsiniz. Ötənlərdə kəsilmiş və ya soyumuş münasibətləri bərpa etmək olar.
Tərəzi - günün ilk yarısında problemlərin öhdəsindən gəlmək asan deyil. Səbrli olun. Yaşananlar sınaqdır. Bu dövrdə ciddi səhvlərə yol verməsəniz, sonra hər şey yaxşı olacaq.
Günün ikinci yarısı daha uğurludur. Yaxşı tanımadığınız insanların məsləhətlərinə və xüsusilə də vədlərinə inanmayın. Müstəqil davranın. Yalnız qərarlarınız irəliləyişə təkan verə bilər. Alış-verişdə bədxərclik etməyin.
Əqrəb - yaxın ətrafınızdakı insanlarla dil tapmağı bacarın. Məhz bunun sayəsində problemlərin öhdəsindən daha sürətlə gələ bilərsiniz. Şəxsi münasibətlərdə ciddi çətinliklər yaranmayacaq. İşlərdə eksperimentlər aparmaq olar. Uğura nail olmaq üçün yeni yollar arayın. Bilikləri, təcrübəni, peşəkar bacarıqları artırmaq üçün əlverişli zamandır. Dünyagörüşünüzü artırın. Yeni tanışlıqlar və romantik təmaslar üçün münasib zamandır.
Oxatan - yaşamınızda hər şey istədiyiniz kimi deyil. Taleyinizdən şikayətlənməyin. İşlərin öhdəsindən gələcəksiniz. Hətta ən ağır problemlərin çözülməsi sizi usandırmayacaq, yormayacaq. Peşəkar fəaliyyət müstəvisində irəliləyiş şansları var.
Yaxın ətrafınızdakı insanlar düşünürlər ki, heç bir tərəddüd olmadan qərarlar qəbul edirsiniz. Onların bəziləri sizə paxıllıq edirlər. Əslində isə şübhələrinizi kimsə ilə bölüşməyin. Tərəddüdləriniz barədə danışmayın.
Oğlaq - yaranan imkanlardan və əlverişli situsiyadan maksimal dərəcədə məhsuldar istifadə etməyə çalışın. Dəmiri isti-isti döyün. Uğur əldə etmək istəyirsinizsə, adi günlərlə müqayisədə daha çox çalışmalı olacaqsınız. Başqalarının məsləhətlərinə aludə olmayın. Yalnız intuisiyanızın səsini dinləyin.
Əks cins mənsubları ilə təmaslar uğurlu deyil. Sevdiyiniz insanla münasibətlərdə sərinlik yarana bilər. Emosiyaların təsirinə düşərək səhvlərə yol verməyin. Sonradan sizi təəssüfləndirəcək sözlər deməyin.
Dolça - mənfi təmayüllərin təsiri güclü olacaq. Amma narahat olmayın, kənar təsirlərə müqavimət göstərin, geri çəkilməyin. Kimsə və ya nə isə sizi yoldan sapdırmamalıdır. Problemlərin həllinə həddən ziyadə səy göstərərək yorğun düşməyin. Maliyyə itkiləri riski var. Planlaşdırılmamış alış-veriş etməyin.
Yaşlı qohumlarla təmaslarda diqqətli olun. Səbrli, qayğıkeş, təmkinli olun və münaqişələrin yaranmasına imkan verməyin. Kiçik səyahətlər uğurlu alınacaq. Şəraitdə dəyişikliklər edə bilərsiniz. İnteryerdə yeniliklər və dəyişikliklər üçün əlverişli zamandır.
Balıqlar - günün ilk yarısında peşəkar fəaliyyət müstəvisində uğurlar olacaq. Düşünülmüş qərarlar və təmkinli davranış gəlirlərə səbəb ola bilər. Nüfuzunuzu artırın. İşdə rəhbərliklə mübahisədə mövqeyinizi müdafiə edin, geri çəkilməyin.
Şəxsi münasibətlərdə adi günlərlə müqayisədə sərinləmə müşahidə olunur. Yaxınlarınızın yalnız öz işlərini düşünərək sizə əsla fikir vermədiyini zənn etməyin. Durum birmənalı olmadığı üçün onlar çətinliklərini həll etməyə çalışırlar. Narahatlıq üçün ciddi səbəblər yoxdur.
Milli.Az
Türkiyədə zəlzələ olub - 4.2 bal gücündə
"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
"Bu, hansı mesajı verir?" - Pezeşkian beynəlxalq səhiyyə təşkilatlarına çağırış edib
ABŞ Ədliyyə naziri vəzifədən çıxarıldı
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı
İRAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Yaxın Şərqin ən hündür körpüsü vuruldu - FOTO
Mərkəzi hərbi həkim komissiyasının rəisi hakim qarşısına çıxarılacaq
Ukraynada daha bir azərbaycanlı həlak olub
İran iki ölkədə ABŞ-a məxsus hədəflərə hücum edib: "Əgər sənaye obyektlərinə hücumlar təkrarlanarsa..."
KİM KİMİN HAQQINI YEYİB? - Qərbi Kaspi universitetindəki qalmaqalla bağlı təzadlı açıqlamalar (YENİLƏNİB)
Xarici İşlər Nazirliyi məlumat yayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Yağışlı hava olacaq - Bu tarixlərdə
Ədliyyə naziri "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
DÇ-2026: Türkiyə yığmasının oyun təqvimi dəyişdi – SİYAHI
80 yaşlı Luçesku ilə bağlı qərar verildi
Müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır - ŞƏRTLƏR
Xəzər Dəniz Neft Donanmasının rəisi vəzifədən azad edilib
Xanım sürücü “Range Rover”i yolda aşırdı - VİDEO
Pomidorun qiyməti niyə bahadır? - AÇIQLAMA
Bakıda məktəbli qızın meyiti tapılıb
Tofiq Yaqublu barəsində daha bir qərar verildi - Məhkəmə prosesi
"Vitse-spikerin köməkçisi deyiləm"
"Beşiktaş" "Fənərbağça" derbisinə hazırlaşır
Rusiya Ermənistana açıq xəbərdarlıq edir: “Bu addımlar suallar doğurur” – “Metsamor”un istismar müddəti isə...
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul edib - MÜHİM MESAJLAR + FOTOLAR (YENİLƏNİB)
Nizami Kino Mərkəzinin binasına zərər vurulub - FOTO
Bakıda TDT üzv dövlətlərin rəsmilərinin görüşü olub - BİRGƏ BƏYANAT VERİLDİ (YENİLƏNİB)
"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir, bu mənada..." - AKİ-yə kim sədrlik edir?
İzmirdə İŞİD-ə qarşı əməliyyat: 9 nəfər qandallanıb
Sabahın hava proqnozu açıqlandı
ABŞ ordusu İranda uranı ələ keçirmək üçün əməlyyata hazırlaşır? - “Washington Post” yazır
Bərdə bazarında nöqsan aşkarlanıb - Yoxlama keçirilib
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb - Açıqlama + VİDEO
Kəlbəcər şəhərinə növbəti köç olub
Prezident İlham Əliyev Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - MÜZAKİRƏ + FOTO
ABŞ prezidenti Makronu rüsvay elədi: "O, hələ də çənəsinə ilişdirilən şapalağın təsirindədir"
ABŞ Rodrigezə qarşı sanksiyaları ləğv edib
AFFA rəsmisi: "Bəzən millilərə tapşırılmış oyunçular çağırılır"
Əli Əkbər Vilayəti: “Hörmüz boğazı ABŞ, İsrail və onların tərəfdarlarına açılmayacaq”
İSA NƏCƏFOV ELƏ SİRLƏRİ AÇDI Kİ... - Sensasiyalı MÜSAHİBƏ
Əli Əsədov: "Zəngəzur dəhlizi bütün türk dünyasının birləşdirilməsi üçün strateji əhəmiyyətə malikdir"
Mərkəzi Bankı uçot dərəcəsi barədə qərar qəbul edib