Azərbaycanda Aİ-92 və dizel bahalaşacaq: "...bu vəsait istehlakçıdan çıxılmalıdır” - Aİ-95 markalı benzin isə...
12-07-2023 [10:15]
“Azərbaycanda benzinin qiymətinin aşağı düşəcəyi ilə bağlı fikir səsləndirənlər yanlış fikirdədirlər. Ona görə ki, “Aİ-92” benzini “Avto-2” standartına uyğun istehsal edilir. 2015-ci ildən etibarən başlayan Heydər Əliyev adına Neftayırma zavodunun modernizasiyası prosesi 2018-ci ildən sonra intensivləşib. Yaxın illərdə “Avro-5” standartına uyğun yanacağın istehsal olunması məqsəd kimi qarşıya qoyulub”.
Mia.az xəbər verir ki, bu sözləri Bizim.Media açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.
Onun sözlərinə görə, zavod üçün 4 milyard manat kapital qoyuluşu həyata keçirilib.
Bu gün dünya bazarında benzinin qiyməti kifayət qədər bahadır və zavoda bu qədər kapital yatırılıb.
Bəs bundan sonra “Aİ-92” və digər markalı benzinlərin qiyməti ucuzlaşa bilərmi?
Sualı cavablandıran müsahibimiz bunun mümkün olmadığını söyləyib və həm dizelin, həm aşağı dərəcəli benzinin qiymətinin bahalaşacağını diqqətə çatdırıb: “Ancaq “Aİ-95” markalı benizinin qiyməti aşağı düşəcək. “Aİ-92” markalı benzin və dizelin bahalaşmasının isə iki səbəbi var. Birincisi, əməliyyatlarla bağlıdır ki, bu da daha keyfiyyətli və bahalı prosesdir. İkincisi isə odur ki, artıq zavodun kapital xərcləri nəyinsə hesabına geri qayıtmalıdır. Yəni, bu vəsait istehlakçıdan çıxılmalıdır”.
Bir neçə il ərzində Azərbaycanın hasil etdiyi neftin həcminin azaldığını söyləyən ekspert vurğulayıb ki, bu proses ola bilsin, gələn ildən başlasın: “Bu da H.Əliyev adına Neftayırma zavodunun layihə gücü üçün yetərli deyil və biz xaricdən neft idxal etməyə məcbur olacağıq. 2030-cu ildə isə bu hasilat daha da azalacaq və hasilat 2-3 milyon tona düşəcək. Zavodun istehsal gücü isə 7.5 milyon tondur. Yerdə qalan isə idxal olunan neft olacaq. Bu baxımdan da istehlakçılar özlərini bahalı yanacağa kökləməlidirlər”.
Azərbaycanda benzinin ucuzlaşması üçün heç bir əsasın olmadığını deyən İ.Şaban, benzinə dizel arasında xeyli fərq olduğunu bildirdi: “Əvvəl dizel 40 qəpiyə satılırdı, ancaq indi 80 qəpiyə çatıb. 2017-ci ildən sonra ölkədə dizelin istehlakı 3 dəfə artıb. Bu yanacaqda ekologiyanı pozan əsas amil, Avropadan ölkəyə köhnə və istehsal müddəti bitmiş avtomobillərin gətirilməsi ilə bağlıdır. Hökumət yanacağın qiyməti ilə ölkəyə gətirilən avtomobillərin sayını da tənzimləyir. Əgər qiymətlər aşağı düşsə, bu dəfə ölkəyə daha çox avtomobil daxil olacaq”.
MİA.AZ
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR