Gömrükdə daha bir dəyişiklik - Təyinat

img

10-07-2023 [15:30]


İqtisadiyyat Nazirliyinin Maliyyə və Təminat Şöbəsinin müdiri İsmayıl Bahadir oğlu Aslanov vəzifəsindən azad edilib.

Məlumata görə, o, Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin rəisi vəzifəsində təyinat alıb.

Bu barədə komitə sədri, general-leytenant Şahin Bağırov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, bundan əvvəl sözügedən vəzifəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sabiq rəisi, polkovnik Fuad Əlizadə tuturdu(Qaynarinfo).

Xatırladaq ki, Fuad Əlizadə buna qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsində çalışıb. Bu ilin avqust ayında nazir Sahil Babayevin müvafiq əmri ilə vəzifəsindən azad olunub.

O, həm də keçmiş nazir Səlim Müslümovun dayısının kürəkənidir. 

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR