Türkiyədə bahalaşma qərarı Akşeneri qəzəbləndirdi: "Bütün yükü millətin üzərinə yıxmayın"

img

07-07-2023 [17:35]


Türkiiyədə maaşların qalxmasının ardınca ƏDV daxil, bir çox sahələr üzrə dövlət rüsumlarının 50 faiz artırılması İYİ partiya sədri Meral Akşeneri qəzəbləndirib.

Mia.az xəbər verir ki, ölkədə sürətə davam edən bahalaşmaya etiraz edən partiya sədri bu barədə sosial şəbəkə heabında paylaşım edib.

O yazıb ki, ölkədə sanki adı qoyulmamış bir İMF (Beynəlxalq Valyuta Fondu) faiz sistemi tətbiq olunur: "Hər şeyə gələn zamla maaşlar hələ hesaba köçürülmədən əriməyə davam edir. Büdcə açığını bütün yükü millətin üzərinə yıxmaqla bağlaya bilməzsiniz. Əgər kəmər sıxılacaqsa, əvvəlcə israfçılığı dayandırın, təmtəraqları buraxıb öz kəmərinizi sıxın da bir görək sizi".

Xatırladaq ki, "Rəsmi Qəzet"də dərc olunan yeni bahalaşma qərarına əsasən, ƏDV dərəcələri 8 faizdən 10-ə artırılıb, sabit ödənişlər yüzdə 50 artırılıb, xaricdən gətirilən telefonların qeeydiyyat haqqı isə 20 min TL olub. Bundan başqa, notaris və digər sahələr üzrə rüsumlar da 50 faiz qaldırılıb.

Zülfiyyə

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR