Azərbaycan və Türkiyə arasında 15 mala gömrük güzəştləri olacaq

img

06-07-2023 [12:31]


"Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişinə dəyişikliklə bağlı protokolla 2 ölkə arasında əlavə yeni 15 növ sənaye və digər mallara gömrük güzəştləri tətbiq ediləcək".

Mia.az xəbər verir ki, bu məlumatı Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əli Məsimli açıqlayıb.

Onun sözlərinə görə, bu sazişlə əsas hədəf iki ölkə arasında ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq və qeyri-neft ixracını da artımaqdır: "Bu saziş nəticəsində böyük təcrübə qazanaraq gələcəkdə qeyri-neft sektoru mallarının ixrac arialını genişləndirməyə imkan verəcək”.

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR