Yazıçı Anar: "Elza o birilərdən əksik deyil..." - "Deyirəm ki, heç olmasa, məni 10 gün rahat buraxsınlar"
05-07-2023 [12:46]
Son sutka ərzində sosial mediada ən çox müzakirə olunan məsələ Əməkdar artist, bəstəkar Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilməsidir.
Mia.az xəbər verir ki, üzvlük biletini Elza Seyidcahana təqdim edən Yazıçılar Birliyinin sədr müavini Çingiz Abdullayevin məsələyə münasibəti aydındır, o, tənqidçilərin dediklərinə kifayət qədər sərt reaksiya verib.
Mia.az xəbər verir ki, musavat.com olaraq Yazıçılar Birliyinin sədri Anarın münasibətini öyrənib.
- Anar müəllim, Elza Seyidcahanın Yazıçılar Birliyinə üzv qəbul edilməsinə reaksiyaları necə qarşıladınız?
- Şabrandayam. Mənim xəbərim yoxdur. Nə yazırlar?
- Tənqid edirlər…
- Olsun da. Biz neyniriksə, tənqid edirlər də. Onsuz qəbul eləsək də, eleməsək də, tənqid edirlər. Eləsinlər də, ayrı işləri yoxdur…
- Siz Elza Seyidcahanın yaradıcılığına bələdsiniz?
- Bəli, bələdəm.
- Ustad yazıçı və Yazıçılar Birliyinin sədri olaraq necə qiymətləndirirsiniz?
- Belə qiymətləndirirəm ki, o birilərdən əksik deyil. Yazıçılar Birliyinin üzvlərinin bir çoxundan…
- Deməli, Seyidcahanın üzvlük biletinə ürəkdən imzanızı atmızınız?
- Bəli, əlbəttə. Mən ürəkdən imza atmasam, atmaram…
- Bir anlıq düşündüm ki, bəlkə bu addım Yazıçılar Birliyində gender bərabərliyinin təmin olunmasına yönəlik addımdır.
- Yox, onsuz da Yazıçılar Birliyində gender bərabərliyi var. Biz ancaq istedada baxırıq. Kimin istedadı, qabiliyyəti var, səmimi şəkildə buranın üzvü olmaq istəyir, onu da qəbul edirik. Kim qalmaqal yaratmaq üçün gəlirsə, onları qəbul etmirik.
- Səhv etmirəmsə, Yazıçılar Birliyinin üzvlərinin sayı 2 mini keçib, eləmi?
- Bəli.
- Elza Seyidcahan üzvlükdən öncə sizinlə görüşdümü?
- Yox, ancaq telefonla danışmışam.
- Daha çox müzakirə olunan məqam həm də budur ki, Elza Seyidcahan bəstəkardır, yaxşı musiqi əsərləri var, ancaq onun Yazıçılar Birliyində olması qəribə görünür. Bu barədə nə deyə bilərsiniz?
- O, birinci deyil, Fərhad Bədəlbəylini də qəbul etmişik. Fərhad Bədəlbəyli pionistdir, həm də gözəl şeirləri var. Amma biz Fərhad Bədəlbəylini üzv qəbul edəndə heç kəs hay-küy qaldırmadı.
- Ən çox Elza xanımın hansı şeirini bəyənirsiniz?
- İndi yadımda deyil. Mən Şabrana onun şeirlərini əzbərləmək üçün gəlməmişəm, işləməyə gəlmişəm. (Gülür)
- Tənqidçilər daha çox bu xanımın öz şeirlərində vulqar ifadələrdən istifadə etməsini müzakirə edirlər. Yəqin sizin də diqqətinizi çəkib…
- Mən elə şeylərə fikir vermirəm. Deyirəm ki, heç olmasa məni 10 gün rahat buraxsınlar, Şabranda işləyirəm.
- Oldu, Anar müəllim. Sizə yaxşı istirahətlər və yaradıcılıq uğurları!
- Sağ olun!
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb