Bu MMC rəhbərlərinə cinayət işi açılıb - Səbəb
05-07-2023 [11:24]
Azərbaycanda müxtəlif hüquqi şəxslər yaratmaqla sahibkarlıq fəaliyyəti göstərməklə gəlirlər əldə edən, lakin vergi orqanlarına əldə olunmuş gəlirlər və xərclər barədə təqdim edilmiş bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etməklə külli miqdarda vergiləri dövlət büdcəsindən yayındıran daha bir qrup şəxsin əməlləri üzrə cinayət işi başa çatıb.
Mia.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Qeyd olunub ki, Cabbarov İldırım Əmirxan oğlunun vergidən yayınma ilə bağlı aparılan istintaq işi zamanı məlum olub ki, Laçın rayonunun Arduşlu kənd sakini olan bu şəxs “MAKDON” və “MÜSLÜM 2017 LTD” MMC-rin fəaliyyətinə faktiki olaraq rəhbərlik edərək, həmçinin “HİTNAR”, “VERSIM”, “LOPART”, “MAKS-SS”, “LETKORS”, “FUTALES”, “NASKAR” MMC-lərin direktoru olmuş Məmmədov Vüqar Füzuli oğlu və "GETRICO", “STP-SS” və “DERMAN” MMC-lərin direktoru olmuş Zeynalov Fariz Əbilfət oğlu ilə qabaqcadan əlbir olmaqla qanunazidd vergitutma əməliyyatları aparıblar. Həmin şəxslər Vergi Məcəlləsinin müddəalarının tələblərini pozaraq müəssisələrin qeydiyyatda olduğu vergi orqanına müvafiq dövrlər üzrə bəyannamə təqdim etmədən xüsusilə külli miqdar təşkil edən vergiləri və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınıblar. İstintaq İldırım Cabbarovun Fariz Zeynalov və Vüqar Məmmədovla birlikdə rəhbərlik etdiyi 12 müəssisə üzrə xüsusilə külli miqdar təşkil edən – 1 milyon 192,5 min manat məbləğində vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən yayındığını və Cinayət Məcəlləsinin (CM) 213.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli törətdiyini müəyyən edib. 20 noyabr 2021-ci il tarixdə İ.Cabbarovun CM-nin 213.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilməklə ona ittiham elan olunub və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20.11.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxsin və digərlərinin cinayət işi 27.04.2022-ci il tarixdə ittiham aktı ilə Baş Prokurorluğa təqdim olunub, oradan isə ittiham aktı təsdiq edilərək baxılması üçün məhkəməyə göndərilib. Hazırda cinayət işi Yasamal Rayon Məhkəməsində baxılır.
Bu, Cabbarov İldırım Əmirxan oğlunun vergiləri ödəməkdən yayınma ilə əlaqədar ilk əməli deyil. Belə ki, Yasamal Rayon Məhkəməsinin 09.07.2013-cü il tarixli hökmü ilə o, CM-nin 213.2.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutma hüququndan məhrum edilməklə, 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, həmin məhkəmənin 17.04.2015-ci il tarixli hökmü ilə isə əvvəlki cəza nəzərə alınmaqla 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutma hüququndan məhrum edilməklə, 6 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Sahibkarlıq fəaliyyətindən əldə olunmuş gəlirlər və xərclərin uçotunun aparılması, gəlirlərin vergi orqanlarına düzgün bəyan edilməsi, dövlət büdcəsinə vergilərin vaxtında və tam şəkildə ödənilməsi vergi ödəyicilərinn vəzifələrinə aid edilir. Təqdim edilmiş bəyannamələrə bilə-bilə təhrif olunmuş məlumatlar daxil edilməsi, vergilərin dövlət büdcəsindən yayındırılması, yayındırılmış vergilərin həcmindən asılı olaraq, inzibati və cinayət tərkibi yarada bilər. Vergi cinayətlərinə yol verən, xüsusilə də külli miqdarda vergiləri büdcədən yayındıran şəxslərin adlarının ictimaiyyətə açıqlanması davam etdiriləcək".
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR