SOCAR-ın həbs olunan keçmiş yüksək vəzifəli şəxsi şikayət verib - 16 milyonluq mənimsəmə ittihamı (FOTO) - Yenilənib

img

18-07-2023 [11:22]


“SOCAR-AQŞ” MMC-nin sabiq baş direktoru Ramin İsayev barəsindəki həbs qərarından narazıdır.

Məlumata görə, bununla bağlı sabiq baş direktor apellyasiya şikayəti verib.

R.İsayev birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, məhkəmə zalından sərbəst buraxılmasını xahiş edib.

Bakı Apellyasiya Məhkəməsi şikayəti əsasız sayaraq rədd edib, təqsirləndirilən şəxsin həbsinin davamına qərar verib.

***

"SOCAR-AQŞ" MMC-nin sabiq baş direktoru Ramin İsayev həbs edilib.

Mia.az “Qafqazinfo”ya istinadla bildirir ki, R.İsayev barəsində Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda) maddəsi ilə cinayət işi açılıb. 16 milyon manat mənimsəmədə ittiham edilir.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Ramin İsayev 2020-ci ildə "SOCAR-AQŞ" MMC-nin baş direktoru vəzifəsindən azad edilib.

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR